“AFB Bank” 2022-ci ili 11 milyon manata yaxın xalis mənfəətlə - BAŞA VURUB
Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank dinamik inkişafını davam etdirərək, 2022-ci ildə xalis mənfəəti 17% artımla başa vurmuşdur. Belə ki, “AFB Bank” ASC ötən il 10 milyon 884 min manat xalis mənfəət əldə edib.
Xalis haqq və komissiya gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33% artmışdır. Belə ki, Cari ildə xalis faiz gəlirləri üzrə 15.4 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 7.4 milyon gəlir əldə edilib.
Ötən illə müqayisədə Banka cəlb olunmuş hüquqi şəxslərin sayında 3 dəfəyə yaxın artım müşahidə olmuşdur.
Fiziki şəxslərin müddətli depozit məbləğ üzrə 5 dəfədən çox artım olmuşdur. Fiziki şəxslər üzrə cəmi depozit portfeli isə 18% artmışdır.
Bankın Korporativ kreditlər üzrə satışında əhəmiyyətli dərəcədə artım olmuşdur, belə ki, hesabat dövrünün ötən il ilə müqaisədə 83% artıq satış edilmişdir. Eyni zamanda Pərakəndə kreditlər üzrə də 20% artım olmuşdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 82.5 milyon manat təşkil edir.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.
Ötən il bank kapitalının gəlirliliyi əmsalı (ROE) 10%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 15% artmışdır. Belə ki, 2022-ci ildə ROE 12.9%, ROA isə 3.9% təşkil etmişdir.
AFB Bank, xidmət keyfiyyətinin artırılması məqsədi ilə müxbir əlaqələrini genişləndirərək, ötən il ABŞ-nın “Habib American Bank”-la strateji əməkdaşlığa başlamışdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb






















