Ziraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladı
"Ziraat Bank Azərbaycan" 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Ziraat Bank Azərbaycan" ASC böyüməyə və müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, açıqlanmış maliyyə hesabatlarına əsasən 2022-ci il ərzində bankın aktivləri 36,3% artaraq 529 mln. manata çatmış, bankın kredit portfeli isə banklar və digər maliyyə institutları istisna olmaqla 37,5% artaraq 317 mln. manatı keçmişdir. Bankın məcmu kapitalı 31% artaraq 102 mln. manatı keçmişdir. Qeyd edək ki, Ziraat Bank Azərbaycan 2022-ci ildə Nizamnamə kapitalını da 31% artıraraq 65 mln. manata çatdırmışdır.
Bank müştərilərinin inam və etibarını qazanmağa davam edir. Göstəricilərdən biri olaraq bankın depozit portfelində il ərzində müşahidə edilən mühüm artımı bunun sübutu kimi qeyd etmək olar. Belə ki, Bankın cəmi depozit portfeli banklar və digər maliyyə institutları istisna olmaqla 2021-ci ilin sonu ilə müqayisədə 51% artaraq 318 mln. manata çatmışdır. Bankın xalis mənfəəti isə 7,5 mln. manatı keçmişdir.
2022-ci il ərzində Bankın beynəlxalq və yerli təşkilatlar ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Bank tərəfindən yerləşdirilmiş kreditlərdə keçən ilin sonu ilə müqayisədə 24% artım müşahidə olunub. Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu vəsaiti hesabına verilmiş kreditlərdə isə 2021-ci ilin sonu ili müqayisədə 2.7 dəfədən artıq artım müşahidə edilmişdir.
Ziraat Bank Azərbaycan 2022-ci il ərzində xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətləri daha da yaxşılaşdırılması məqsədi ilə Fransanın Societte Generale bankında yeni AVRO müxbir hesabı açaraq beynəlxalq müxbir əlaqələrini genişlətmiş və hesabların sayını səkkizə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Societte Generale AVRO valyutasında ən yaxşı müxbir bank xidmətləri təqdim edən Avropa banklarından biri hesab edilir. Qeyd edək ki, Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
Ümumi olaraq hesabatlara əsasən bank 2022-ci il ərzində əsas maliyyə göstəriciləri üzrə illik fəaliyyətini uğurla tamamlamışdır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb




















