Türkiyənin dövlət bankı Azərbaycanda böyüyür - AKTİVLƏRİ YARIM MİLYARD MANATI KEÇİB
Türkiyənin dövlət bankı "Ziraat Bankası"nın törəmə bankı olan "Ziraat Bank Azərbaycan" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan" 2022-ci ili 7 milyon 559 manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 7 milyon 33 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 7,5% və ya 526 min manat artıb. Artım gəlirlərin artmasından qaynaqlanır. Əgər ötən il mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsait artmasaydı, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti daha böyük məbləğdə olardı.
2022-ci ildə "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 44 milyon 675 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 33,3% və ya 11 milyon 171 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 33 milyon 504 min manat təşkil etmişdi.
2022-ci ildə "Ziraat Bank Azərbaycan"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 883 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 14,6% və ya 3 milyon 53 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 20 milyon 830 min manat təşkil etmişdi.
Ötən il "Ziraat Bank Azərbaycan"ın gəlirləri xərclərini üstələdiyindən 18 milyon 936 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə "Ziraat Bank Azərbaycan" əməliyyat mənfəəti 9 milyon 31 min manat təşkil etmişdi. Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 9 milyon 905 min manat və ya 2,1 dəfə artıb.
2022-ci ildə "Ziraat Bank Azərbaycan"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 9 milyon 486 min manat təşkil edib. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlar 240 min manat ayırmışdı.
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 36,2% və ya 140 milyon 829 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 528 milyon 899 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 388 milyon 70 min manat cəmi aktivlərə malik idi.
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 37,3% və ya 86 milyon 367 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 317 milyon 579 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 231 milyon 212 manata çatmışdı.
"Ziraat Bank Azərbaycan"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 51% və ya 107 milyon 661 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 317 milyon 806 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 210 milyon 145 min manat cəmi depozitlərə malik idi. Ötən il "Ziraat Bank Azərbaycan"da fiziki və hüquqi şəxslərin müddətli depozitləri 2,1 dəfə artaraq 188 milyon 293 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "Ziraat Bank Azərbaycan" 102 milyon 394 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 78 milyon 28 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb




















