Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur
"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı“Azercell Telekom” MMC-in qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş proqramın birinci mərhələsi yekunlaşıb.
Ölkənin lider mobil operatorunun “FemTech” şirkətinin tərəfdaşlığı ilə "Her Improvement" layihəsi çərçivəsində iştirakçılar Rəqəmsal məhsullar, Blokçeyn, NFT, Ağıllı şəhər-kənd, Müasir texnologiyalar veb 3, Startapların günümüzdə rolu mövzularını əhatə edən təlimlər keçiblər. Qeyd edək ki, təlimçilər arasında Azercell şirkətinin əməkdaşları da yer alır.
Hazırda yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan gənc qadınlardan ibarət 5 komandanın təqdim etdiyi məhsulun doğru istiqamətləndirilməsi, formalaşması və təkmilləşməsi üzərində iş gedir.
2023-cü ilin may ayınadək davam edəcək proqramda xanımlar proqramlaşdırma dərslərində iştirak edəcək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşəcəklər. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






