SOCAR-ın 2022-ci il üzrə əsas istehsalat göstəricilərini açıqladı
SOCAR-ın 2022-ci il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat ilini uğurla başa vurmağa nail olub. Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, müəssisələrimizin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat effektivliyinin artırılması xüsusi yer tutub. Səmərəli fəaliyyətin nəticələrəri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də tapıb.
2022-ci ildə SOCAR tərəfindən 73 min metrdən çox qazma işləri həyata keçirilib. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18,6% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz hasil olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 2,7% artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2021-ci illə müqayisədə 6,6% artaraq, 46,7 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton5 xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 2,6% artaraq 18,5 milyon tona yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 19,3% artaraq 22,4 milyard kubmetrə7 yaxın olub.
Hesabat dövründə SOCAR tərəfindən Gürcüstana ixrac olunan qaz həcmləri 22,2% artaraq 1,4 milyard kubmetr təşkil edib. Ötən il ölkədə ümumilikdə 13,5 milyard kubmetrdən çox təbii qaz istehlak olunub, bu isə əvvəlki illə müqayisədə 4,4% çoxdur.
2022-ci il ərzində SOCAR tərəfindən 6,2 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)
