“CEO Award Azerbaijan” milli müsabiqəsinə start verildi
Caspian Energy Club ikinci “CEO Award Azerbaijan” milli müsabiqəsinə start verib.
Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
O qeyd edib ki, ötən il olduğu kimi ikinci “CEO Award Azerbaijan” milli müsabiqəsinə rəsmi dəstək AZPROMO və KOBİA tərəfindən göstərilir.
“CEO Award Azerbaijan” milli müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət və özəl sektorlarında fəaliyyət göstərən, sosial mediada tanınan top-menecerlər müəyyənləşdirilməsidir. Həmçinin biz kiçik və orta biznes nümayəndələri haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaq istəyirik”, - deyə Telman Əliyev qeyd edib.
Qalib top-menecerlər 14 fevral - 5 mart tarixində www.ceo.award.az saytında keçiriləcək onlayn səsvermə yolu ilə müəyyən ediləcəklər. Səsvermə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda keçiriləcək.
Səsvermənin nəticələri 10 mart tarixində "CEO Award Azerbaijan" müsabiqəsinin təltifetmə mərasimi çərçivəsində səsləndiriləcəkdir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club - ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club - un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)
