“NEXUS” komandası Fransada beynəlxalq hakatonun qalibi olub
"Azərkosmos"un əsas tərəfdaşı olduğu “ActInSpace 2022” layihəsində 1-ci yer tutmuş Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət “NEXUS” komandası Fransanın Kann şəhərində keçirilən beynəlxalq “ActInSpace” kosmik texnologiyalar üzrə hakatonun qalibi olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tələbələr həm hakatonun “Qran-Pri”sini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar.
“NEXUS” komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Qran-Pri” mükafatı olaraq “Airbus 310 Zero G” ilə çəkisizlik şəraitində uçuş imkanı qazanıblar.
“NEXUS” komandasının digər təltifi – Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən, yaxud enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsulları, xidmətləri inkişaf etdirməyə çağırır.
“ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan, kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.
Xatırladaq ki, Azərkosmosun əsas tərəfdaşlığı ilə keçirilən “ActInSpace 2022” hakatonunda qurumun peşəkar mütəxəssisləri komandaların mentorları olaraq iştirak ediblər. Azərkosmosun əməkdaşları komanda üzvlərinə kosmik texnologiyaların imkanları, qarşıya qoyulan tapşırıqların formalaşdırılması və sonlandırılması ilə bağlı tövsiyələr veriblər. Sonda Azərkosmos nümayəndələrinin də yer aldığı münsiflər heyəti innovativ və real həllər təklif edən komandaları müəyyən edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















