Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı açıqlanan iqtisasi göstəricilərə əsasən ABŞ-da mall-ticarət kəsiri, aylıq müqayisədə 2% artaraq 91.5 milyard dollara çatmış, “S&P Case-Shiller Milli Mənzil Qiymətləri İndeksi, keçən ilin dekabr ayında illik müqayisədə 5.8% artaraq əvvəlki aylara nəzərən artım tempi zəifləyib.
Həmçinin Amerikadan “Conference Board” İstehlakçı Güvən İndeksi, fevral ayında da geriləməyə davam edərkən, istehlakçıların 12-aylıq inflyasiya gözləntiləri 6.7%-dən 6.3%-ə qədər azalıb.
İnvestorların diqqət mərkəzində olan FED rəsmilərinin açıqlamalarına gəldikdə isə Çikaqo FED sədri Austan Qolsbi Monetar siyasıtlı bağlı qərarlar zamanı bazar reaksiyalarına çox etibar etməyin təhlükəli və səhvsəhv olduğunu bildirib.
Nəticədə cari ticarət həftəsinin ilk günü geriləyən dollar indeksi yenidən yeksələrək 104.50 bənd həddinin üzərində qərarlaşıb. Dolların bahalaşması fonunda isə EUR/USD məzənnəsi 1.0640, GBP/USD məznnəsi isə 1.2140 hədlərində müqavimətlə qarşılaşaraq müvafiq olaraq 1.0560 və 1.2010 hədlərinə qədər geriləyib.
Bu gün Bakı vaxtı ilə saat 12:55-də Almaniyada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər, 14:10-da İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı, 17:00-da Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, həmçinin Avrozona, İngiltərə və Amerikadan gələcək Biznes Aktivliyi İndeksi göstəriciri dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
Texniki olaraq baxdıqda qızılın 4 saatlıq qrafikində formalaşmış divergensiyanın fonunda 1805$ həddindən dəstək alaraq bahalaşan qızıl 1830$-a kimi yüksəlib. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, qiymətli metalın bir unisya üzrə dəyəri yenidən 1820$ və 1800$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








