“ASCO istiqrazları”na sifarişlərin 90 faizə yaxını hüquqi şəxslər tərəfindən verilib
“ASCO istiqrazları”na abunə yazılışı uğurla başa çatıb. İnvestorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub.Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb.
Bu barədə ASCO-nun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ASCO tərəfindən emissiya edilən hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti 28 fevral 2023-cü il tarixində bitib.
İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edərək abunə yazılıblar.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ildə ölkədə mövcud olan iki böyük donanmanın birləşdirilməsi yolu ilə yaradılan ASCO fəaliyyətinin ilk günlərindən müəyyən edilmiş qısa, orta və uzunmüddətli perspektivə yönəlmiş hədəflərinə çatmaq üçün korporativ idarəetmə sisteminin tətbiqi, xərclərin optimizasiyası, fəaliyyətində şəffaflığın təmin edilməsi, gəlir mənbəyinin şaxələndirilməsi, donanmasının yenilənməsi və digər sahələrdə genişmiqyaslı işlər həyata keçirib.
Yerinə yetirilən işlərin və həyata keçirilən layihələrin müsbət nəticəsi və davamı olaraq, İdarə heyətinin təklifi, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) və ASCO-nun Müşahidə Şurasının müvafiq razılığı ilə ASCO-nun Ümumi Yığıncağı tərəfindən milli gəmiçilik şirkətinin daxili bazarda qiymətli kağızlar buraxması barədə qərar qəbul edilib.
Səhmdar cəmiyyəti kimi fəaliyyətə başladığı ilk ildən kommersiya təşkilatı olaraq hər il fəaliyyətini mənfəətlə başa vurması, beynəlxalq auditdən keçərək hesabatların əlçatanlığının və şəffaflığının təmin olunması, ASCO-nun yerli investorlar qarşısında etibarlı emitent kimi qəbul edilməsinə və tarixində ilk dəfə dövriyyəyə buraxdığı istiqrazların uğurlu nəticələnməsinə əvəzsiz töhfə verib. Məhz abunə yazılışının nəticələrinə əsasən, istiqrazlara həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Emitent olaraq ASCO-nun yerli bazarda satışa çıxardığı istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub. Belə ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil edib",- ASCO-nun yaydığı məlumatda bildirilir.
Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcək.
Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcək.
Qeyd edilib ki, istiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Eyni zamanda, istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları da yaratmış olur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























