Vergi və Mühasibatlıq Zirvəsi yekunlaşdı! - FOTOLAR
“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvəsi keçirilib.
“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC, “Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, “Balli Bisi” şirniyyat evi və "Pro Team Consulting & Outsourcing" şirkətinin, SİMA rəqəmsal imzanın şirkətinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini həyata keçirib.
4 moderator və 17 spiker "Rəqəmlərin Ritmi" şüarı ilə "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzuları müzakirə ediblər.
"Good Finance"şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Mühasibatlıq və rəqəmsallaşma” panelində "Davud Mamedov" MMC-nin baş direktoru Davud Məmmədov mühasibatlıq və kodinq, "Pro Team Consulting & Outsourcing" şirkətinin təsisçi və direktoru Sənan Rzayev gələcəyin mühasibi, "Avrora" MMC-nin maliyyə meneceri Simnar Paşazadə maliyyə uçotunda bilinməyən səhvlər və doğrular və "WeFinix" MMC-nin təsisçi və direktoru Şəhla Abdulla maliyyə sahəsində rəqəmsallaşma mövzularında təcrübələrini bölüşüblər.
Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib" panelində biznes idarəçisi Vüsal Şərifov və Azərbaycan İnvestisiya Holdinqinin Mühasibat Uçotu və Maliyyə Hesabatlılığı şöbəsinin müdiri Vüqar İbrahimov müzakirə formatında suallara cavab veriblər.
"Maliyyə hesabatları və audit" paneli Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqovun moderatorluğu ilə baş tutub. EY Azərbaycan şirkətinin Azərbaycan Respublikasındakı filialının Vergi və Hüquq məsələləri üzrə partnyoru Arzu Hacızadə, "Rewe Group" şirkətinin Mühasibatlıq və maliyyə meneceri Bəhram Novruzov maliyyə auditinin vacibliyi və yekun nəticənin effektivliyi – real praktiki misallar, Bakı Mühəndislik Universitetinin müəllimi Elvin Həsənov PMS imtahanına hazırlaşmağın əsas metodları və "AzVirt" MMC-nin Daxili Audit Rəhbəri Müşfiq Bayramzadə maliyyə hesabatlarının hazırlanmasında əsas məqamlar mövzularında çıxış ediblər. Panel sonunda iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
"Good Finance" MMC-nin vergi konsultantı Teymur İslamlının moderator olduğu "Vergi Riskləri" paneli "Bizcon Audit" MMC-nin həmtəsisçisi və direktoru Anar Bayramov, "Ekvita" MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, Vergi siyasəti Baş İdarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi Elvin Məmmədli, "SM Consulting" MMC-nin təsisçisi Emin Səttarov, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev, və "Finstab" MMC-nin təsisçisi Yusif Yusifzadənin spikerliyi ilə baş tutub. Sual-cavab formatında keçirilən panel zamanı iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
Tədbirin sonunda viktorinada iştirak edən iştirakçılara şirkətlər tərəfindən müxtəlif hədiyyələr verilib. Eyni zamanda, bütün iştirakçılara sertifiklarlar təqdim olunub.
Vergi və Mühasibatlıq Zirvəsinin keçirilməsində dəstək olan sponsor, dəstəkçi və tərəfdaşlarımıza təşəkkür edirik!
Facebook: https://www.facebook.com/vmzbaku
İnstaqram: https://www.instagram.com/vmzbaku/
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
-
21 d. əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
24 d. əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
-
46 d. əvvəl
İyunun 30-nun hava proqnozu - yağış yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
Ən çox oxunanlar
"Bank olmaq istəməyən fintex, fintex deyil"
Rabitəbankdan 33 illik yubileyinə özəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi



























