970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır.

Bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin tətbiqi hazırda maliyyə sektorunun əsas istiqamətlərindən biridir: "Çünki dünyada rəqəmsallaşma artıq yenilik sayılmır. Əgər biz hələ də rəqəmsallaşmanın geniş tətbiqindən danışırıqsa, qlobal miqyasda diqqət artıq süni intellekt həllərinin tətbiqinə yönəlib. Bu proses isə kifayət qədər sürətlə gedir. Bu baxımdan qarşımızda duran əsas vəzifələrdən biri maliyyə institutlarının rəqəmsallaşma səviyyəsini yüksəltmək, eyni zamanda süni intellekt həllərinin tətbiqini genişləndirməkdir. Növbəti strateji dövrdə hazırda icra olunan layihələr davam etdiriləcək, bir çox təşəbbüslər isə daha geniş auditoriyanı əhatə edəcək".

F.Tofidi vurğulayıb ki, AMB rəqəmsallaşma üzrə indekslərin, xüsusilə rəqəmsal yetkinlik indeksinin hazırlanması planlaşdırılır: "Bu, ən böyük layihələrimizdən biri hesab olunur. Hazırda təsdiq və hazırlıq prosesləri davam etdiyindən bütün detalları açıqlamaq mümkün deyil. Bununla belə, ilkin nəticələr artıq formalaşıb və yaxın dövrdə həm media, həm də maliyyə sektoru ilə bölüşüləcək. AMB meqarequlyator kimi bank, ödəniş, fintex, sığorta və kapital bazarları sektorlarında rəqəmsallaşma və rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib. Aparılan ölçmələr nəticəsində kifayət qədər maraqlı göstəricilər və nəticələr əldə olunub. Növbəti strateji dövr artıq yalnız bankın təşəbbüslərinə əsaslanan yanaşma deyil, real məlumatlara və analitik nəticələrə söykənən bir strategiya olacaq. Toplanan məlumatların və formalaşdırılan indekslərin nəticələrinin yeni strategiyada öz əksini tapması nəzərdə tutulur".

İş elanları AzVak.az-da

© "Report" 

29.06.2026 11:22
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar