Neft 2 faizdən çox ucuzlaşıb
ABŞ-da qazılan neft quyularının sayı 764-də düşüb. Qazılan quyuların sayı neft sənayesinin vəziyyəti və xam neft hasilatı haqqında göstərici kimi qəbul edilir.
"Marja" xəbər verir ki, dünyada neft sahəsinə xidmət göstərən ən böyük şirkətlərdən biri olan Baker Hughes-un yaydığı həftəlik məlumatına görə, bu həftə Amerikanın neft sənayesində cəmi 1 quyunun qazılması dayandırılıb və qazılan quyuların sayı 17-21 İyulu əhatə edən həftədə 764-ə düşüb.
Beləliklə, ölkədə qazılan quyuların sayı son 27 həftənin yalnız 2-də azalıb. Yanvar ayında 522 olan qazılan quyuların sayı, bu müddətdə 46 faiz artıb.
ABŞ-da qazılan quyuların sayı 2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyədə olmuşdu. Aşağı neft qiymətlərinin Amerikanın neft sənayesinə mənfi təsir etməsilə ötən ilin may ayında 316-ya geriləyərək 80% tarixi azalma qeyd etmişdi.
ABŞ-DA HASİLAT ARTIR
ABŞ-ın xam neft hasilatı da son 22 həftənin 19-unda artım göstərib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlarına görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ-ın xam neft istehsalı, son 22 həftənin 19-unda yüksələrək ötən həftə gündəlik orta hesabla 9,43 milyon barrel olub.
EIA-nın iyul ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon, gələn il də 9,9 milyon barrel olması gözlənilir.
NEFT UCUZLAŞIR
Digər tərəfdən, qlobal bazarda xam neft qiymətləri 2 faizdən çox düşüb.
"Baker Hughes" məlumatlarının açıqlanmasının ardından, Brent neftinin barrel qiyməti 2,2 faiz azalaraq 48,23 dollara, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti də 2,3 faiz azalaraq 45,84 dollara geriləyib.
Mütəxəssislər, bazar ertəsi günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) üzvləri və Rusiyanın Sankt- Peterburqda keçirəcəyi iclasına diqqəti çəkirlər. Sözügedən ölkələr xam neft istehsalını azaldırar. Azaldılan həcmlərin artırılacağı ehtimalının aşağı olduğunu bildirən mütəxəssislər, bunun da neftin qiymətlərini aşağı saldığını bildiririrlər..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







