Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

SpaceX rekord IPO-ya hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SpaceX rekord IPO-ya hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SpaceX" ilkin ictimai təklifi (IPO) üzrə Emissiya prospektini açıqlamağa hazırlaşarkən, rekord həcmli təklifə rəhbərlik edəcək bank kimi (investisiya şirkəti və ya broker olaraq) Goldman Sachs-ı seçib. Bu barədə məsələ ilə tanış mənbələr məlumat veriblər.

Marja xəbər verir ki, məlumata görə, Emissiya prospektində əsas “lead left” mövqeyi Goldman Sachs-a veriləcək (“lead left” - IPO (ilkin ictimai təklif) zamanı əsas aparıcı investisiya bankını ifadə edən termindir). Ondan sonra isə Morgan Stanley, Bank of America, Citigroup və JPMorgan Chase yer alacaq. Mənbələr məxfilik səbəbindən adlarının açıqlanmasını istəməyiblər.

İlon Maskın (Elon Musk) təkrar istifadəsi mümkün olan raketlər istehsal edən şirkəti ötən ay ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına məxfi şəkildə müraciət etdikdən sonra prospekti artıq çərşənbə günü ictimaiyyətə açıqlaya bilər.

Təklifin rekord məbləğdə olacağı gözlənilir. Belə ki, Mask fevral ayında şirkəti öz süni intellekt startapı olan xAI ilə birləşdirərkən SpaceX-in dəyərini təxminən 1,25 trilyon dollar olaraq qiymətləndirmişdi.

Şirkət sorğuya dərhal cavab verməyib.

ABŞ birjalarında ticarətin ilk günündən sonra 100 milyard dollardan çox dəyərə çatan cəmi iki texnologiya şirkəti olub — Facebook və Alibaba Group. Süni intellekt çipləri istehsalçısı Cerebras Systems isə ötən həftə Nasdaq birjasında debüt edib və təxminən 95 milyard dollar bazar dəyəri ilə bağlanıb. Bu isə süni intellekt sektoruna bağlı böyük IPO-lar ili ola biləcəyinə işarə edir.

SpaceX açıq bazara süni intellekt modeli sahəsində lider sayılan OpenAI və Anthropic şirkətlərindən əvvəl çıxmağa çalışır. Hər iki şirkət özəl investorlar tərəfindən təxminən 1 trilyon dollar dəyərində qiymətləndirilir və artıq bu il IPO keçirməyi nəzərdən keçirir.

Mask üçün bu çoxdan gözlənilən Emissiya prospekti onun məhkəmədə aldığı ciddi məğlubiyyətdən cəmi bir neçə gün sonra açıqlana bilər. O, OpenAI və şirkətin baş direktoru Sam Altman-ı məhkəməyə verərək, Altmanın 9 il əvvəl Maskın da iştirak etdiyi qurumun qeyri-kommersiya təşkilatı olaraq qalacağına dair vədi pozduğunu iddia etmişdi.

Kaliforniyanın Oakland şəhərində fəaliyyət göstərən hakimlər heyəti bazar ertəsi qərar verib ki, Mask bu iddia ilə məhkəməyə müraciət etmək üçün çox gec davranıb. Qərar dərhal federal hakim Yvonne Gonzalez Rogers tərəfindən qüvvəyə mindirilib. Mask isə qərarı “təqvim texniki məsələsi” adlandıraraq apellyasiya şikayəti verəcəyini bildirib.

Mask sonuncu dəfə 2010-cu ildə şirkətini birjaya çıxarmışdı. Həmin vaxt Tesla Nasdaq birjasında IPO keçirib və o zaman da əsas təşkilatçı bank kimi Goldman Sachs çıxış etmişdi. Digər banklar arasında Morgan Stanley, JPMorgan Chase və Deutsche Bank yer almışdı.

SpaceX IPO SpaceX IPO 2026 SpaceX birjaya çıxır SpaceX ilkin ictimai təklif SpaceX dəyəri 1.25 trilyon dollar Elon Musk SpaceX IPO Goldman Sachs SpaceX IPO Morgan Stanley Bank of America Citigroup JPMorgan SpaceX IPO SpaceX emissiya prospekti SpaceX SEC müraciəti ABŞ birjalarında böyük IPO SpaceX rekord IPO SpaceX Nasdaq IPO SpaceX süni intellekt xAI Elon Musk xAI SpaceX birləşməsi OpenAI IPO planları Anthropic IPO planları Sam Altman Elon Musk məhkəmə SpaceX xəbərləri SpaceX son xəbərlər Marja.az SpaceX IPO xəbəri Marja.az texnologiya xəbərləri ABŞ texnologiya şirkətləri IPO SpaceX bazar dəyəri SpaceX investorlar üçün IPO SpaceX maliyyə xəbərləri Elon Musk şirkətləri SpaceX investisiya xəbərləri
20.05.2026 12:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19