Anderrayteri “Unicapital” olan "VMF" istiqrazlarının hərracı keçiriləcək - TARİX, ŞƏRTLƏR
(®) 19 iyul 2023-cü il tarixində VMF MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edən, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi baş tutacaq.
Hərrac “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcəkdir.
Dünyaca məşhur Longines, Rado, Maurice Lacroix, Raymond Weil, VMF NF, VMF Rover, VMF Elli, Casio, Zippo, Victorinox və digər brendlərin Azərbaycanda rəsmi distributoru olan VMF şirkəti, dünyanın dəqiq mexanizmlər istehsalatı sferasında yeni innovasiyaların və texnologiyaların yaranmasını nəzərə alaraq Azərbaycanı qlobal bazarla eyni anda inkişafı üçün daim yeniliklərə sərmayə yatırır. Bu səbəbdən “VMF 2024” konseptinə uyğun olaraq satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a çatdırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək əsas istiqamətlərdəndir.
Onu da xatırladaq ki, Azərbaycanda keyfiyyətli saat mədəniyyətinin yaradıcısı hesab edilən, 1997-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış VMF Şirkəti 2018-ci ildən Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Natural Frequencies saat fabrikini inşa etmiş və bu günədək 15 000-dən çox milli saatın dünya bazarlarına çıxışını təmin etmişdir.
Bildiyiniz kimi, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İ.Ş.”, emitentlərə göstərdiyi təqdirəlayiq dəstəyi və qiymətli kağızlar bazarına verdiyi töhfələrlə daima diqqət mərkəzində olmuşdur.
“Unicapital İ.Ş.” ASC korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün etibarlı və asan anderraytinq xidməti təklif edir.
Bu gün müştəri sayı 600 000-i ötmüş, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC, 2007-ci ildən fond bazarının peşəkar iştirakçısı, BFB-nin ilk və ən uzunmüddətli üzvüdür.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər 17.07.2023 tarixinədək buraxılışın anderrayteri olan “Unicapital İnvestisiya Şirkəti” ASC-ə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb














.jpg)










