"Azərsu"da yığılmış zərər 8 milyard manatı aşıb
"Azərsu" ASC 2022-ci ili 180 milyon 514 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 552 milyon 230 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Azərsu" şirkətinin xalis zərəri 2021-ci illə müqayisədə 2022-ci ildə 371 milyon 716 min manat və ya 67,3% azalıb. Xalis zərərin azalmasının əsas səbəbi digər əməliyyat xərclərinin 4,1 dəfə azalaraq 2021-ci ildəki 549 milyon 528 min manatdan 132 milyon 394 min manat düşməsi ilə əlaqədardır.
Marja.az xəbər verir ki, ötən ilin zərəri daxil "Azərsu" şirkətinin yığılmış zərəri 8 milyard 36 milyon 200 min manata çatıb. 2021-ci ilin sonunda şirkətin yığılmış zərəri 7 milyard 855 milyon 686 min manat təşkil etmişdi.
"Azərsu" ASC-nin satışdan gəlirləri 2021-ci ildə 262 milyon 947 min manat ikən, 2022-ci ildə 278 milyon 894 min manata yüskəlib.
Ötən il Azərsu şirkətinin cəmi gəlirləri 290 milyon 993 min manat, cəmi xərcləri 471 milyon 507 min manat təşkil edib.
“Azərsu” 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.
“Azərsu” ASC 31 dekabr 2022-ci il tarixində 1 milyard 298 milyon 5 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 1 milyard 21 milyon 630 min manat cəmi aktivlərə malik idi.
Şirkətin yığılmış zərəri 8 milyard 665 milyon 324 min manat kapitalının böyük hissəsini silib və Şirkət ötən ilin sonunda 629 milyon 124 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




