İsrail qaz yataqlarının kəşfiyyatı üçün SOCAR-a icazə verdi
İsrailin Energetika Nazirliyi bildirib ki, daha çox rəqabət yaratmaq və təchizatçıları şaxələndirmək məqsədi ilə ölkənin Aralıq dənizi sahillərində təbii qazın kəşfiyyatı üçün altı şirkətə 12 lisenziya verib.
Marja.az “Reuters”ə istinadla xəbər verir ki, tenderin nəticəsi olaraq lisenziyalardan biri İtaliyanın “Eni”, “Dana Petroleum” və İsrailin “Ratio Energies” şirkətlərindən ibarət qrupa təqdim olunub.
Bu qrup böyük Leviatan yatağının qərb hissəsində işləyəcək.
Nazirlikdən bildirilib ki, ikinci qrupa isə Azərbaycanın SOCAR, Britaniyanın BP və İsrailin “NewMed” şirkətləri daxildir.
İkinci qrup Leviatan yatağının şimalında kəşfiyyat aparacaq.
“Qalib şirkətlər növbəti üç il ərzində təbii qaz kəşfiyyatına görünməmiş sərmayə qoymağı öhdələrinə götürüblər ki, bu da yeni təbii qaz anbarlarının kəşfi ilə nəticələnəcək”, - energetika naziri İsrael Katz bildirib.
Qeyd olunur ki, lisenziyalar irəliləyişdən asılı olaraq yeddi ilə qədər uzadılma imkanı ilə ilk üç il müddətində davam edəcək.
Nazirlik bildirir ki, bu, lisenziya sahibinə əvvəlcə ərazini öyrənməyə və yalnız bundan sonra inkişafı davam etdirib-etdirməmək barədə qərar verməyə imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






