"Samsung" "Apple"dan çox mənfəət əldə edib
Bu ilin II rübündə Cənubi Koreyanın "Samsung" şirkətinin mənfəəti tarixdə ilk dəfə ABŞ-ın "Apple" şirkətinin mənfəətindən çox olub.
Rusiya mətbuatın xəbər verir ki, hesabat dövründə "Samsung" illik müqayisədə 89% çox - 9,9 mlrd. ABŞ dolları məbləğində mənfəət əldə edib ki, bu da "Apple"ın mənfəətindən 1,2 mlrd. dollar və yaxud 13,5% çoxdur.
Koreya şirkətinin bir neçə gün bundan əvvəl açıqlanan hesabatında II rübdə onun gəlirinin 20% artaraq 54,2 mlrd. dollara çatdığı qeyd olunub. "Apple"ın eyni dövr ərzində gəliri isə 45,4 mlrd. dollar təşkil edib. "Samsung"un gəlirinin artması əsasən onun ən son model istehsal etdiyi "S8" markalı mobil telefonların satışı ilə bağlıdır.
Xatırladaq ki, "Apple" sentyabr ayında satışa çıxaracağı "İPhone 8" mobil telefon modeli üçün "Samsung"a 70 mln. ədəd "OLED" paneli sifariş verib. Nəticədə, şirkətin displey istehsal edən qolu mənfəətini son 1 ildə 12 dəfədən çox artıraraq 1,7 trln. vona və yaxud 1,47 mlrd. dollara çatdırıb.
Apple-dən verilən açıqlamaya görə, bu ilin Aprel-İyun dövrünü balansında üçüncü rüb olaraq qəbul edən şirkətin gəlirləri keçən ilin eyni dövrünə nisbətən 7.1 faiz artaraq 45.4 milyard dollara yüksəlib.
Apple-ın ümumi gəlirinin 61%-inin beynəlxalq satışlardan əldə edildiyi bildirilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 42.4 milyard dollar gəlir əldə etmişdi. Analitiklər şirkətin gəlirlərinin 44.95 milyard dollar səviyyəsində olacağını gözləyirdilər.
Açıqlamada, şirkətin xalis mənfəətinin də ötən ilin aprel-iyun dövründə 7.8 milyard dollardan bu ilin eyni dövründə 8.7 milyard dollara yüksələrək 11.5 faiz artım göstərdiyi məlumatına yer verilib. Şirkətin bir səhmə düşən xalis mənfəəti 1.42 dollardan 1.67 dollara qalxıb. Analitiklər bir səhmən 1.57 dollar mənfəət gözləyirdilər.
© Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









