Ceykob Rotşild vəfat edib
Rotşildlər sülaləsinin nümayəndəsi, britaniyalı maliyyəçi lord Ceykob Rotşild (Jacob Rothschild) 87 yaşında vəfat edib.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg bankirin ailəsinin bəyanatına istinadən məlumat yayıb.
"Atamız Ceykob çoxlarının həyatında görkəmli şəxsiyyət idi. O, əla maliyyəçi, incəsənət və mədəniyyətin tərəfdarı, fədakar dövlət qulluqçusu, İsrail xeyriyyəçiliyinin və yəhudi mədəniyyətinin ehtiraslı tərəfdarı, ətraf mühitin müdafiəçisi, sevimli dost, ata və baba idi", - bankirin ailəsinin bəyanatında deyilir.
Bloomberg-in məlumatına görə, Rotşild yəhudi adətlərinə uyğun olaraq ailə mərasimində dəfn olunacaq və daha sonra onun şərəfinə anım mərasimi təşkil olunacaq.
Ceykob Rotşild 29 aprel 1936-cı ildə anadan olub. O, indi "RIT Capital Partners Plc" kimi tanınan, Böyük Britaniyanın ən böyük investisiya trestlərindən birini qurub.
"Sunday Times Rich List"ə görə, Rotşild ailəsinin keçən ilin sonunda təqribən 825 milyon funt-sterlinq sərvəti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)
