Gürcüstanda əhalinin sayı azalır
Gürcüstanda son bir neçə il ərzində ölüm sayı doğum sayını üstələyib.
Bu barədə jurnalistlərə demoqrafik məsələlər üzrə ekspert Merab Xmaladze bildirib.
Onun sözlərinə görə, 2021-ci, 2022-ci və 2023-cü illərdə Gürcüstanda əhali sayında azalma qeydə alınıb. Buna əhali arasında ölüm nisbətinin artması, doğum səviyyəsinin isə azalması səbəb olub. Qismən artım yalnız Acarıstan, Tbilisi və Kvemo Kartli bölgələrində müşahidə edilib.
Ekspert deyib ki, son üç ildə ən çox artım Gürcüstanın etnik azərbaycanlı vətəndaşları arasında qeydə alınıb.
Bununla belə, son illərdə bəzi müsbət tendensiyalar da baş verib. Bu, ilk növbədə, körpələr və bir yaşadək uşaqlar arasında ölüm səviyyəsinin azalması və orta ömür müddətinin artmasıdır.
Ekspertin fikrincə, doğum nisbətinin artması üçün ailələri təşviq etmək və müxtəlif sosial layihələr həyata keçirmək lazımdır, əks halda Gürcüstan əhalisinin sayı azalmaqda davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








