Malların gömrük dəyərinin müəyyən edilməsi üsulları təsdiq edildi
Nazirlər Kabineti “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalar Azərbaycanın gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqi ilə bağlı təşkilati və hüquqi əsasları müəyyənləşdirir.
Qərara əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə və ehtiyat üsulu ilə müəyyən ediləcək.
Hər hansı ölkə daxilində müəyyən vaxtda aktivlər və öhdəliklər kimi əks olunan iqtisadi resurslar, aktiv və öhdəliklərdə nəzərə alınmalı olan dəyişikliklər, aktiv və öhdəliklərin və onlarda dəyişikliklərin ölçülmə qaydasına, açıqlanmalı informasiya və onun açıqlanma qaydasına, habelə hazırlanmalı olan maliyyə hesabatlarına münasibətdə praktikada tətbiq edilən işgüzar dövriyyə adəti və ya dövlət qurumları tərəfindən təsdiq edilən qaydalar. Bu prinsiplər geniş tətbiq üçün ümumi təlimatlar, detallı təcrübələr və ya prosedurlar da ola bilər.
Faktiki ödənilmiş və ya ödənilməli olan qiymət alıcının idxal olunan malın satışının şərti kimi satıcıya və ya satıcının hər hansı bir öhdəliyini yerinə yetirmək üçün üçüncü şəxsə etdiyi və ya edəcəyi bütün ödənişləri əhatə edir. Ödənişlər nağdsız hesablaşmalar, habelə qiymətli kağızlar, törəmə maliyyə alətləri vasitəsilə birbaşa və ya dolayı formada həyata keçirilə bilər.
Gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi gömrük ərazisində mövcud olan məlumat əsasında həyata keçirilir. Toplanmış dəyərin müəyyən edilməsi məqsədilə dəyərləndirilən malın istehsal xərclərinin və gömrük ərazisindən kənardan əldə edilməli olan digər məlumatların təhlil edilməsi zəruri ola bilər. Gömrük dəyərinin dəyərin toplanması üsulu əsasında müəyyən edilməsi satıcı və alıcının əlaqəli şəxslər olduğu və istehsalçının gömrük ərazisinin səlahiyyətli orqanlarına zəruri xərcləri təqdim edə bildiyi və onların həqiqiliyinin yoxlanılması məqsədilə lazım olan təhlillərin aparılması üçün şərait yaradacağı hallarla məhdudlaşır.
Qərar 30 gündən sonra qüvvəyə minəcək.
Qərar ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
43 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
Ən çox oxunanlar
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























