970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dollar məzənnəsinin yaxın zamanda 1,14 səviyyəsindən aşağı düşə biləcəyini düşünürlər (avronun ucuzlaşacağı, dolların bahalaşacağı gözlənilir).

Hazırda avro dollar məzənnəsi 1,1428 səviyyəsindədir.

Reklam_3_11

Francesco Pesole və Frantisek Taborskı cümə axşamı ABŞ-da açıqlanacaq mühüm inflyasiya göstəricisi olan baza PCE və şəxsi istehlak xərcləri məlumatlarına istinad edərək bildiriblər: “Bazarlar növbəti məlumatları və ya FED rəsmilərinin açıqlamalarını katalizator kimi istifadə edərək 2026-cı ildə FED-in 50 baza bəndlik sərtləşdirmə addımını qiymətlərə daxil etməyə çalışa bilər. Lakin Yaxın Şərqdə yeni gərginlik yaşanmadığı təqdirdə, aşağı neft qiymətləri dolların qazancını məhdudlaşdıracaq”.

Analitiklər ediblər: “Qısamüddətli risklər yuxarı istiqamətli olaraq qalır, lakin ötən həftəni yeni güclü dollar dövrünün başlanğıcı kimi görmürük”.

DXY ötən həftə ərzində ümumilikdə 1,1 faiz yüksəlib.

Fed-dən gözləntilər

FED, ötən həftə yeni sədr Kevin Warsh-ın rəhbərliyi ilə keçirdiyi ilk iclasda faiz dərəcələrini sabit saxlasa da, iclasdan verilən mesajlar “şahin” kimi qiymətləndirilib və investorlar bu il ABŞ-da faiz artımı ehtimalını qiymətlərə daxil etməyə başlayıblar.

“Avro/dollar məzənnəsinin yüksəliş trendinə başlamazdan əvvəl 1,14 səviyyəsini test etmə ehtimalının kifayət qədər yüksək olduğunu düşünürük”, - deyən analitiklər əlavə ediblər: “Eyni zamanda, ABŞ-İran danışıqlarından gələn müsbət xəbərlər növbəti eniş dalğasının dərinliyinin daha məhdud olacağına işarə edir”.

Analitiklər Avrozonada açıqlanan məlumatların avro/dolların hərəkətində həlledici rol oynayacağının gözlənilmədiyini, bu hərəkətlərin böyük ölçüdə ABŞ dollarının istiqamətindən asılı olacağını bildiriblər.

İngiltərədə siyasi çalxalanma

İngiltərədə baş nazir Keir Starmerin istefa qərarı və Andy Burnhamın onun yerinə keçməyə hazırlaşması ilə bağlı yaşanan siyasi çalxalanmaya da toxunan analitiklər bu proseslərin sterlinq üçün problem yaratmadığını bildiriblər. Analitiklər sterlinqlə bağlı belə qiymətləndirmə aparıblar: “Avro/sterlinq üzrə mövqeyimiz ümumilikdə yüksəliş istiqamətlidir. Lakin bunun əsas səbəbi, qiymətlərə 33 baza bəndlik artım daxil edilsə də, İngiltərə Mərkəzi Bankının faiz artımına gedəcəyini gözləməməyimizdir”.

23.06.2026 08:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19