Tarixi debat: Əsas mövzu iqtisadiyyat haqqında idi
ABŞ prezidentliyi yarışında Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp ilk və çox qızğın canlı yayım debatında daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən xarici siyasətə qədər bir çox mövzuda fərqli fikirlərini ortaya qoyublar.
Marja.az xəbər verir ki, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam eddir.
"ABC News" kanalında canlı yayımlanan və təxminən 1,5 saat davam edən debat proqramında Demokratlar Partiyasının namizədi Harris və Respublikaçılar Partiyasının namizədi Tramp qarşı-qarşıya gəliblər.
Canlı yayımın əvvəlində əl sıxan iki namizəd, ara-sıra qızğın keçən debat boyu fərqli siyasət təkliflərini sadalayıblar, xüsusilə iqtisadiyyat, abort və sərhəd təhlükəsizliyi mövzularında bir-birindən ciddi şəkildə fərqləndiblər.
Əsas mövzu: iqtisadiyyat
Proqramın əvvəlində əsasən Amerika iqtisadiyyatından bəhs edən namizədlər, öz dövrlərində iqtisadiyyatı bərpa etdiklərini, lakin digər administrasiyanın ölkə iqtisadiyyatını məhv etdiyini iddia ediblər.
Orta səviyyəli bir ailədən olduğunu açıqlayan Harris, daha əvvəl açıqladığı iqtisadi proqramın təfərrüatlarını bir daha dilə gətirib.
Yeni qurulan şirkətlər üçün vergi endirimini 5 min dollardan 50 min dollara yüksəltməyi planlaşdırdığını qeyd edən Harris, uşaqlı ailələr üçün 6 min dollara qədər vergi endirimi olacağını bildirib.
Xüsusilə kiçik müəssisələr üçün ciddi təşviqlər və vergi endirimləri üzərində çalışdıqlarını qeyd edən Harris, mövcud kiçik müəssisələrin böyüməsinə kömək etməyi hədəflədiklərini, genişlənmək istəyən kiçik müəssisələrə aşağı faizli və ya faizsiz kreditlər verəcəklərini söyləyib.
Tramp isə öz dövründə ABŞ tarixinin ən yaxşı iqtisadiyyatını yaratdıqlarını və Bayden-Harris cütlüyünün onu qısa zamanda məhv etdiyini idda edərək, insanların çoxunun son 2 ildə inflyasiya ilə mübarizə aparmalı olduğunu qeyd edib.
Prezidentliyi dövründə Çinə tətbiq etdiyi gömrük rüsumları ilə yüz milyardlarla dolların ABŞ-a qayıtmasına şərait yaratdığını ifadə edən Tramp, Baydenin hakimiyyətə gəldikdən sonra etdiyi ilk işlərdən biri olaraq bu gömrük rüsumlarını ləğv etdiyini deyib.
Trampa cavab verən Harris, "Donald Tramp bizi Böyük Depressiyadan bəri ən pis işsizliyə düçar etdi. Donald Tramp bizə ötən əsrin ən pis ictimai sağlamlıq epidemiyasını yaşatdı" deyib.
Harrisə cavab verən Tramp bunun doğru olmadığını, onun dövründə iqtisadiyyat və məşğulluğun çox yaxşı vəziyyətdə olduğunu bildirib və Covid-19 epidemiyası zamanı yaxşı iş gördüklərini deyib.
“2025 Layihəsi” adlı Respublikaçı qrupun hazırladığı hesabatı Trampa xatırladan Harris, hesabatda yazılan maddələrin ABŞ-a böyük zərər vurma potensialına malik olduğunu, Tramp isə sözügedən qrupla heç bir əlaqəsinin olmadığını iddia edib.
Tramp çıxışında, "O, marksistdir, bunu hamı bilir. Atası marksist professor idi, qızına yaxşı öyrədib" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
22 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


