Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı
Lider mobil operator “Məktəbə qayıdış” adlı kampaniyasını təqdim edir(®) “Azercell Telekom” MMC yeni tədris ili ərəfəsində mütaliə və xarici dillərə marağı olan abunəçilər üçün “Məktəbə qayıdış” kampaniyasını elan edir.
10.09.2024-cü il tarixindən etibarən “Litres” elektron kitabxanası və “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri 30 gün müddətində hər iki proqramdan pulsuz istifadə imkanı əldə edəcək. Kampaniya 30 sentyabr tarixinədək keçərlidir.
Xatırladaq ki, “Litres” böyük nəşriyyatlarla rəsmi əməkdaşlıq çərçivəsində unikal və zəngin çeşid təqdim edən rəqəmsal kitab platformasıdır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Tətbiqə türk, ingilis, rus, alman, fransız və digər dillərdə 200000 e-, 50000 audiokitab daxildir. Qeyd edək ki, “Litres” Azərbaycan dilində 2700-dən çox müxtəlif mövzularda və janrlarda kitabları istifadəçilərə əlçatan edir. Elektron kitabxananın təqdim etdiyi geniş imkanlardan faydalanmaq istəyənlər *301#YES kodunu yığaraq “Standart” e-kitab tarifinə qoşula bilərlər.
Dünyanın top 10 dil öyrənmə platformaları sırasında olan “Busuu” proqramı vasitəsilə isə real vaxt rejimində xarici dillərə yiyələnmək mümkündür. Azercell-in “Busuu+Premium” abunəliyi ilə istifadəçilər “Tədris Planı”, “Biznes və Səyahət” kursları, “Söz ehtiyatı” məşqləri və “Video dərslərdən” yararlana bilərlər. Abunə olmaq üçün *969#YES kodunu yığmaq kifayətdir.
Kampaniya barədə ətraflı məlumat üçün Məktəbə qayıdış səhifəsinə keçid etməyiniz xahiş olunur.
Qeyd edək ki, hər iki xidmətə Azercell-in rəsmi saytı, “Azercell” tətbiqi və ya sms üzərindən də qoşulmaq olar.
“Azercell Telekom” MMC bütün məktəbliləri yeni tədris ili münasibətilə təbrik edir, onlara zehin açıqlığı və bol müvəffəqiyyətlər arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








