Qızıla qlobal tələbdə bir ilk
Dünya Qızıl Şurasının WGC) məlumatına görə, qızıla qlobal tələb tarixdə ilk dəfə üçüncü rübdə 100 milyard dolları ötüb. Ötən illə müqayisədə artım 35% təşkil edib. Fiziki həcmlər baxımından, birjadankənar investisiyalar da daxil olmaqla qızıla ümumi tələb illik müqayisədə 5% artaraq 1313 tona çatıb. Rüb ərzində qızılın orta qiyməti keçən illə müqayisədə 28% artaraq rekord səviyyədə - 2474 dollar/unsiya təşkil edib. WGC bildirib ki, qızıl investisiyasındakı artım həm tələbi, həm də qiymətləri yüksək saxlaya biləcək bir tendensiyadır. Qlobal mərkəzi banklar tərəfindən faiz siyasətinin dəyişməsi (faiz endirimləri) faiz gəliri yaratmayan qızıla investisiya yatırmağa marağı daha da artırmalıdır.İnvestorlar iqtisadi və geosiyasi qeyri-müəyyənlikdən qorunmaq məqsədilə portfellərini diversifikasiya etmək üçün qızıldan istifadə edirlər. Mərkəzi banklar üçün qızıl, dünyanın ən vacib ehtiyat aktivlərindən biri olaraq qalır.
Marja.az Dünya Qızıl Şurasının (WGC) məlumatına istinadən xəbər verir ki, qızıla qlobal tələb tarixdə ilk dəfə üçüncü rübdə 100 milyard dolları keçib. Ötən illə müqayisədə tələbat 35% artıb. Fiziki həcmlər baxımından, birjadankənar investisiyalar da daxil olmaqla qızıla ümumi tələb illik müqayisədə 5% artaraq 1313 tona çatıb.
"Qızıl bu il 30 faidən çox bahalaşıb. 2024-cü ildə qiymətli metalın qiyməti 30 dəfədən çox rekord həddə çatıb. Qiymətlərin sıçramasına mərkəzi banklar tərəfindən güclü alışlar və varlı investorların artan tələbi, həmçinin bəzi mərkəzi bankların faiz dərəcələrini azaltmaq üçün atdığı addımlar səbəb olub", - WGC bildirib.
Həmçinin Şura qiymət artımına səbəb olan amillər arasında geosiyasi qeyri-müəyyənlik, portfelin diversifikasiyası və investorların impulsiv alışlarını qeyd edib. Rüb ərzində qızılın orta qiyməti keçən illə müqayisədə 28% artaraq rekord səviyyədə - 2474 dollar/unsiya təşkil edib.
Qlobal investisiya tələbi illik müqayisədə iki dəfədən çox artaraq 364 tona çatıb ki, bunun da səbəbi qızıl ETF- lərə ilk növbədə Qərb investorlarından tələbatın artmasıdır.
İnvestisiyalar külçə və sikkələrdə üç ay ərzində 9% azalaraq 269,4 tona düşüb. Lakin bu günə kimi cəmi 10 illik orta göstərici olan 774 ton ilə müqayisədə 859 ton təşkil etməkə yüksək olaraq qalır.
Hindistanda zərgərlik xərclərinin güclü artımına baxmayaraq, qızıl zərgərlik məmulatlarına tələbat 3-cü rübdə 12% azalaraq 459 tona düşüb. İstehlakçılar daha az alış etsələr də, onların qızıl zinət əşyalarına xərcləri artıb, alışların dəyəri il ərzində 13% artaraq 36 milyard dollardan çox olub.
Dünyanın ən böyük mərkəzi banklarının qızıl alışları üçüncü rübdə illik müqayisədə azalıb. Cəmi üç ayda mərkəzi banklar 186 ton qızıl alıblar (2023-cü ilin üçüncü rübünün səviyyəsi ilə müqayisədə 49% az). Bu ilin əvvəlindən mərkəzi banklar artıq 694 ton qiymətli metal alıblar ki, bu da 2022-ci ilin eyni dövrünə bərabərdir.
Mərkəzi banklar arasında qızılın ən böyük alıcısı yenə də Polşa Milli Bankı olub - o, 42 ton alıb və ümumi qızıl ehtiyatlarını 420 tona çatdırıb. Macarıstan Mərkəzi Bankı (MNB) qızıl ehtiyatlarını 94 tondan 110 tona çatdırıb. Hindistan Ehtiyat Bankı üçüncü rübdə cəmi 13 ton qızıl alıb və onun qızıl ehtiyatları 854 tona yüksəlib. Ən çox; 13 ton qızıl satan Qazaxıstan Milli Bankı olub. Filippin Mərkəzi Bankı 2 ton, Monqolustan Mərkəzi Bankı isə 1 ton qızıl satıb.
Texnologiya sektorunun qızıl tələbi elektronika sektorunda artımın təsiri ilə illik müqayisədə 7% artıb.
Yüksək qızıl qiymətləri əksər istehlak bazarlarında tələbi azaldıb, lakin Hindistanda idxal rüsumunun azaldılması rekord qiymətlər fonunda zərgərlik, külçə və sikkələrə tələbi qeyri-adi dərəcədə yüksək saxlayıb.
Mütəxəssislər bildirir ki, investorlar arasında FOMO (Fear of missing Out - fürsəti əldən vermək qorxusu) bu rübdə qızıla tələbatın artmasının əsas təkanvericisi olub. İnvestorlar, gələcəkdə faiz dərəcələrinin aşağı salınması perspektivilə artan qiymət ilə əlaqədar olaraq alışa maraq göstəriblər və həmçinin ABŞ-dakı siyasi qeyri-müəyyənlik və Yaxın Şərqdə artan münaqişələr fonunda qızıla təhlükəsiz sığınacaq kimi baxırlar.
WGC bildirib ki, qızıl investisiyasındakı artım həm tələbi, həm də qiymətləri yüksək saxlaya biləcək bir tendensiyadır. Qlobal mərkəzi banklar tərəfindən faiz siyasətinin dəyişməsi faiz gəliri yaratmayan qızıla investisiya yatırmağa marağı daha da artırmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
6 d. əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
-
-
23 d. əvvəl
ABB süni intellekt infrastrukturu qurur - Çox yüksək hesablama gücünə malik serverlər alır
- 32 d. əvvəl
-
33 d. əvvəl
İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib
-
33 d. əvvəl
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
-
36 d. əvvəl
"İnvestisiya şirkətləri tərəfindən həyata keçirilən anderraytinqin təşkili üzrə Təlimat" təsdiqlənib
-
38 d. əvvəl
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
-
54 d. əvvəl
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
-
2 saat əvvəl
Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb
-
2 saat əvvəl
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
Ən çox oxunanlar
Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
"Azərbaycan alüminiumu" ASC ləğv edilir
Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
25 dərəcəyədək isti gözlənilir - Aprelin 2-ə olan hava proqnozu
İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
"Expressbank"ın İdarə Heyətinə YENİ TƏYİNAT
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur










.jpg)









