"Prime Cotton" ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkətidir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.
Marja xəbər verir ki, İcmalda 2024-cü ilin yanvar-noyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 1-ci yeri 90,7 milyon dollarlıq ixrac gəliri ilə "Prime Cotton" MMC (keçmiş “MKT İstehsalat Kommersiya” MMC) tutub.
2023-cü ilin 11 ayı ilə müqayisədə 2024-cü ilin 11 ayında "Prime Cotton" şirkətinin ixracdan gəliri 9,7 milyon dollar və ya 12% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində "Prime Cotton" şirkətinin ixrac gəliri 81 milyon dollar təşkil etmişdi.
Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan "GP Cotton Holdings"in şirkəti olan "MKT İstehsalat Kommersiya" MMC ötən ilin Noyabr ayında rebrendinq edərək fəaliyyətini "Prime Cotton" MMC adı ilə davam etdirir. "Prime Cotton" MMC, 25 ildən artıqdır ki, Azərbaycanda fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. "Prime Cotton" hər il 160000 ton xam pambıq, 65000 ton pambıq lifi, 5000 ton pambıq yağı və 30000 ton pambıq yemi istehsal etmək imkanına malikdir. "GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. "GP Cotton" 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan "GiLTEX" və "Prime Cotton" şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








