Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib
“Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.
“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, - deyə nazir müavini əlavə edib.
2030-cu ilədək 10 metrostansiyanın tikintisi başa çatdırılacaq
Rəhman Hümmətov qeyd edib ki, “Bakı Metropoliteni” QSC-nin 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 10 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.
Nazir müavini qeyd edib ki, bununla da sərnişin axını 88 milyon nəfərədək artırılacaq.
“Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”, - deyə nazir müavini əlavə edib.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























