Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının məhsulları daha 3 maliyyə qurumu tərəfindən inteqrasiya edilib.
SİMA ilə xidmətlərini rəqəmsallaşdıran qurumlar “MFX-Tradining Investment Company” ASC, “Krapp” MMC və “AllAll Finance” MMC olub.
Kredit, anderraytinq, portfelin idarə olunması, investisiya tədqiqatı və məsləhət xidmətləri kimi sahələrdə fəaliyyət göstərən “MFX-Trading” şirkəti rəsmi veb-saytında “SİMA İmza” vasitəsilə maliyyə əməliyyatlarında imzalama prosesini rəqəmsallaşdırıb.
“AllAll Finance” platformasında da istifadəçilərə “SİMA İmza” həlli ilə veb-sayt üzərindən lombard krediti müqaviləsini imzalamaq imkanı təqdim edilir.
“Krapp” mobil tətbiqində isə “SİMA KYC” həlli ilə istifadəçilərin identifikasiyası etibarlı və qanuni şəkildə aparılır. Mobil tətbiq vasitəsilə istifadəçilərə maliyyə xidmətləri göstərilir.
Qeyd edək ki, SİMA platformasına daxil olan həllər sayəsində bir çox fiziki proseslər etibarlı şəkildə rəqəmsallaşdırılır. “SİMA İmza” istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 17 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı












.jpg)








