"Bolt"dan qəza ilə əlaqədar açıqlama - İcazələri və sertifikatı olmayan sürücü daşımalara cəlb edilib
10 aprel tarixində taksi parkı tərəfindən bu nəqliyyat vasitəsi və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilmişdir."Bolt Azərbaycan" şirkəti 10 aprel tarixində baş vermiş qəza ilə əlaqədar açıqlama yayıb.
Şirkətdən Marja.az-a daxil olmuş açıqlamada bildirilir:
Bolt tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur. Sənədlərin yoxlanılıb, təsdiqindən sonra tərəfdaş sürücüyə sürücü hesabı açılır və həmən şəxs fəaliyyətə başlayır. Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir.
10 aprel tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü tərəfindən saat 12:59-da sifariş qəbul olunmuş və saat 13:11-də sərnişin göstərilən ünvandan götürülmüşdür.
Qeyd edək ki, qeydiyyatdan keçmiş sürücü 10 aprel tarixində, qəza baş verməzdən əvvəl saat 10:18-də şəxsiyyətin yoxlanılması və təsdiqlənməsi mərhələsindən keçmişdir. Qəza törətmiş avtomobilin buraxılış kartı 23 yanvar 2025 tarixində yoxlanılıb. Həmin avtomobil tərəfindən ilk sifariş isə 23 yanvar tarixində icra olunub.
Aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qəzanı törədən avtomobilin buraxılış kartı 8 aprel tarixində müvafiq dövlət qurumu tərəfindən ləğv edilmişdir. Adətən bu kimi hallarda avtomobilin Bolt platformasında fəaliyyətinin dayandırılması bloklanma prosesi əsasında qısa müddət ərzində həyata keçirilir. Bolt şirkəti buraxılış kartlarının səhihliyini və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır. Lakin 10 aprel tarixində taksi parkı tərəfindən bu nəqliyyat vasitəsi və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilmişdir. Bu cür hallar yolverilməzdir və qanunvericiliyin pozulması kimi qiymətləndirilir. Bolt üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir.
Artıq 2023-cü ildən Bolt tərifindən Sürücünün uyğunluğu funksiyası (Driver verification) işə salınıb və 2024-cü ilin sonundan Avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (car verification) icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, qaydalara davamlı riayət olunmasına dəstək olur. Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, Bolt tətbiqinə təhlükəsizliyi artırmaq üçün əlavə olunmuşdur. Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, canlı operator tərəfindən qiymətləndirilir. Hazırda istintaq davam edir və aidiyyəti qurumların müraciəti əsasında tələb olunan məlumat və dəstək Bolt tərəfindən təqdim olunur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
39 d. əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)


