YIĞIM Payment System UnionPay kartları ilə onlayn ödəniş qəbuluna start verdi!
YIĞIM Payment System məmnuniyyətlə yeni xidmətin istifadəyə verildiyini elan edir: artıq platformamız vasitəsilə UnionPay kartları ilə onlayn ödənişlərin qəbulu mümkündür.
Bu addım həm yerli biznes, həm də UnionPay kartlarından geniş istifadə olunan Asiya ölkələrindən olan müştərilər üçün ödəniş imkanlarını artırır. Qeyd edək ki, Azərbaycanda qida çatdırılması, taksi və elektrik skuterlərinin icarəsi xidmətləri göstərən Wolt və Bolt kimi aparıcı şirkətlər artıq UnionPay ödənişlərini YIĞIM vasitəsilə qəbul etməyə başlayıblar.
UnionPay – dünyada buraxılmış kart sayına görə ən böyük ödəniş sistemlərindəndir, 180-dən çox ölkəni əhatə edir. Hal-hazırda UnionPay kartları Çin xaricində 80-dən çox ölkədə buraxılır. Ümumi kart sayı 9 milyardı ötüb. Çin xaricində UnionPay kartlarının ən çox buraxıldığı ölkələr arasında Honq Konq, Cənubi Koreya, Sinqapur, Tailand və Rusiya yer alır.
Üstünlükləri nədir?
Azərbaycanla Çin arasında vizasız rejimin ləğvi ilə təkcə Çindən deyil, UnionPay-in əsas ödəniş üsulu kimi istifadə edildiyi digər ölkələrdən də turist axınının artacağı gözlənilir. UnionPay kart istifadəçiləri olan qonaqlar, tələbələr və sahibkarlar üçün bu sistemin Azərbaycanda mövcudluğu onların rahatlığı və alış-verişə təşviqi baxımından əhəmiyyətlidir.
Biznes üçün üstünlüklər:
Yeni bazarlar və müştərilər – UnionPay kartlarının qəbulu Asiya ölkələrindən olan beynəlxalq müştərilər üçün məhsul və xidmətlərin cəlbediciliyini artırır.
Konversiyanın artması – alışdığı və rahat ödəniş üsulları müştərilərin alış-verişi tamamlaması ehtimalını artırır.
Etibarlılıq və təhlükəsizlik – Ödənişlər beynəlxalq PCI DSS standartlarına cavab verən YIĞIM-ın sertifikatlaşdırılmış infrastrukturu vasitəsilə həyata keçirilir.
YIĞIM, Azərbaycan üçün rəqəmsal ödəniş infrastrukturunu inkişaf etdirməyə davam edir və bizneslərə qlobal trendlərə uyğun müasir həllər və inteqrasiyalar təqdim edir.
YIĞIM haqqında:
YIĞIM Payment System — Azərbaycanın aparıcı fintex şirkətlərindən biridir və ölkədə PCI DSSbeynəlxalq təhlükəsizlik sertifikatı alan ilk şirkətdir. 2017-ci ildə təsis edilmiş YIĞIM bu gün Bolt, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və digər brendlər də daxil olmaqla 300-dən çox müştəriyə xidmət göstərir.
YIĞIM həmçinin Google Pay və Apple Pay vasitəsilə onlayn və mobil tətbiqlərdə ödəniş qəbul edən ilk Azərbaycan şirkətidir. Bununla yanaşı, American Express, UnionPay kartları ilə onlayn ödəniş, eləcə də Visa Token Service (VISA VTS) inteqrasiyası da uğurla həyata keçirilib – bu isə ödəniş prosesini daha təhlükəsiz və rahat edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
2 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU













.jpg)





