Bank ANAMA-ya daha 2 xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində həyata keçirilən mühüm layihələrə verdiyi dəstəyi davam etdirir.
Bu il Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha iki xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib. Belçika Malinuası cinsinə məxsus, “Inam” və “Ümid” adları verilmiş itlər beynəlxalq standartlara uyğun xüsusi təlim proqramını uğurla tamamlayıb və yaxın günlərdə Füzuli rayonunda minalardan təmizləmə əməliyyatlarında iştirak edəcəklər.
İdarə Heyətinin sədri, baş icraçı direktor Cavid Quliyevin sözlərinə görə, “PAŞA Bank” ölkəmizin aparıcı korporativ bankı olaraq yalnız iqtisadiyyatın inkişafına töhfə verən maliyyə xidmətləri ilə deyil, həm də cəmiyyətimiz üçün strateji əhəmiyyət daşıyan sosial layihələrə dəstək göstərməklə fəxr edir.
“İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, yenidən canlanaraq inkişaf və tərəqqi ilə çiçəklənməsi mühüm addımdır. İnanırıq ki, məsuliyyətli korporativ vətəndaş kimi reallaşdırdığımız bu təşəbbüs Azərbaycanın daha təhlükəsiz, dayanıqlı və rifahlı gələcəyinin qurulmasına töhfə verəcək”, - deyə, C.Quliyev bildirib.
ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov “PAŞA Bank”ın humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyin xüsusi əhəmiyyətini vurğulayıb.
“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı istiqamətində görülən humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyə görə “PAŞA Bank”a minnətdarıq. Bu prosesdə minaaxtaran itlərin tətbiqi ən səmərəli üsullardan biridir”, - deyə, S.Poladov qeyd edib.
Xatırladaq ki, “PAŞA Bank” həmçinin 2021-ci ildə ANAMA və ABŞ-ın Marşal İrsi İnstitutu (MLI) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran itin gətirilməsinə də töhfə verib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















