“Azexport” portalı yerli məhsulların Oman və Qətərə ixracını həyata keçirəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının “Gələn alıcı missiyası” (Incoming Buyer Mission) proqramı çərçivəsində Azərbaycanın şimal bölgəsində yerləşən təsərrüfatlara, soyuducu anbar və logistika mərkəzlərinə növbəti səfər təşkil olunub.
Səfərdə Oman və Qətər daxil olmaqla, 10-dan çox ölkəyə ixrac həyata keçirən xarici şirkət nümayəndələri iştirak ediblər. Alıcılar intensiv və superintensiv meyvə bağlarında yetişdirilən məhsullar, onların çeşidlənməsi, qablaşdırılması və daşınması proseslərində tətbiq olunan müasir texnologiyalarla tanış olublar.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsulları xarici alıcılar tərəfindən böyük maraqla qarşılanır və regionda yüksək keyfiyyəti və dadı ilə seçilir. Bu görüşlər ixrac əlaqələrinin genişlənməsinə və yerli istehsalçılarımızın beynəlxalq bazarlarda daha geniş tanınmasına xidmət edir.
Ayxan Qədəşovun sözlərinə görə, növbəti mərhələdə yerli məhsullar üçün əsas hədəf pərakəndə satış bazarlarına uyğun qablaşdırma və brendləşdirmə olmalıdır. Yəni artıq təkcə topdansatış deyil, həm də pərakəndə satışa hazır, keyfiyyətli və tanınan brend məhsulların ixracına keçid üçün zaman yetişib. Məhsulların ixrac bazarlarına brendləşdirilmiş formada təqdim olunması eyni həcmdə daha yüksək qiymətlə satışı təmin edir. Bu istiqamətdə “Azexport” portalının yerli sahibkarlarla birgə fəaliyyəti davam edəcək.
Portalın “Gələn alıcı missiyası” proqramı çərçivəsində müxtəlif ölkələrdən gələn şirkət nümayəndələri yerli sahibkarlarla birbaşa əlaqə qurmaq, məhsulları yerindəcə qiymətləndirmək və əməkdaşlıq üçün müzakirə aparmaq imkanı əldə edirlər. İndiyədək bu proqram çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana səfəri təşkil edilib, yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması və ixrac həcmlərinin artırılması “Azexport” tərəfindən dəstəklənib.
Bənzər görüşlərdə iştirak etmək istəyən yerli şirkətlər “Azexport” portalına müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlər tamamilə ödənişsizdir, hər hansı xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)







