Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
ABŞ-da Starbucks-ın 65 mağazasındakı minlərlə həmkarlar ittifaqına üzv barista, kollektiv müqavilə danışıqlarındakı çıxılmaz vəziyyət səbəbilə ölkə üzrə tətilə çıxır.
Marja xəbər verir ki, Həmkarlar ittifaqına üzv Starbucks baristaları Cümə axşamından başlayaraq işə çıxmamaq aksiyasına hazırlaşırlar. İşçilər bunun indiyədək ən genişmiqyaslı tətil ola biləcəyini bildirirlər.
Starbucks-ın ABŞ üzrə təxminən 10 min mağazasından 550-sində işçiləri təmsil edən Workers United həmkarlar ittifaqı, Nyu-York, San Diego, Dallas, Filadelfiya və şirkətin mərkəzi yerləşdiyi Sietl də daxil olmaqla ən azı 40 şəhərdə tətil keçirməyi planlaşdırır. Həmkarlar ittifaqına görə, etirazlar müddətsiz davam edə və kollektiv müqavilə prosesində irəliləyiş olmasa, genişlənə bilər.
65 mağazada minlərlə baristanın qatıldığı bu aksiya, Starbucks-ın hər il böyük müştəri axını yaradan “Qırmızı Fincan Günü” adlı, Yeni il temalı yenidən istifadə oluna bilən fincanlar paylanılması kampaniyasına təsadüf edir.
İşçilər 2021-ci ilin sonlarından bəri mağazalarda həmkarlar ittifaqına üzvlüklə bağlı səsvermələr keçirirlər, lakin hələ də kollektiv əmək müqaviləsi imzalana bilməyib.
Nyu-Yorkda barista kimi çalışan və danışıqlarda həmkarlar ittifaqını təmsil edən Jasmin Leli ötən həftə verdiyi açıqlamada bildirib: “Nə lazımdırsa etməyə hazırıq. Starbucks-ın bu müqaviləni nəticələndirməməsi həm baristaları, həm də müştəriləri məyus edir”.
Starbucks: ən yaxşı iş şəraitini biz təmin edirik
Digər tərəfdən Starbucks ittihamları rədd edərək, Workers United-ı danışıqlar masasında olmamaqda günahlandırıb. Şirkət sözçüsü Caci Anderson çərşənbə günü verdiyi açıqlamada, Workers United-ın danışıqlara gəlmək əvəzinə aksiya elan etməsindən məyus olduqlarını deyib.
Anderson həmçinin bildirib ki, Starbucks mağazalarının demək olar ki, hamısı tətilə baxmayaraq müştərilərə xidmət göstərməyə davam edəcək.
Workers United rəhbərləri aprel ayında Starbucks-ın təqdim etdiyi son müqavilə təklifini qəbul etməmişdilər. Həmçinin təklifdə yalnız minimum illik 2% maaş artımının nəzərdə tutulmasının və işçilərin sosial hüquqlara çıxış əldə etmələri üçün yetərli iş saatlarının təmin edilməməsinin qeyri-kafi olduğunu bildirmişdilər.
Starbucks isə baristaların orta hesabla saatlıq 19 dollardan artıq qazandığını və sosial paketlə birlikdə ümumi saatlıq dəyərin 30 dolları keçdiyini bildirərək, “pərakəndə sektorunda ən yaxşı iş şəraitini təklif etdiklərini” müdafiə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
7 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Ən çox oxunanlar
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO

















.jpg)





