“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
“SİMA KYC”nin “Videozəng” həlli vasitəsilə “Yelo Bank”da hüquqi şəxslər üçün hesab açılması prosesi rəqəmsallaşıb.
İnteqrasiya sayəsində artıq hüquqi şəxslər banka getmədən, tam rəqəmsal və təhlükəsiz formada biznes hesabı aça bilirlər. Bunun üçün müştəri “Yelo Bank”ın veb saytında “İnternet Bankçılıq” platforması üzərindənqeydiyyatını bitirdikdən sonra videozəng mərhələsinə keçid edir. Bu mərhələdə “SİMA KYC”nın “Videozəng” həlli ilə məsafədən şəxsin identifikasiyası aparılır. İdentifikasiya prosesi biometrik üztanıma texnologiyası əsasında həyata keçirilir. Proses zamanı bir neçə formada canlılıq testi aparılır. Bu isə həm şəxsin eyniləşdirilməsini təmin edir, həm də zəngin qaydalar çərçivəsində aparıldığını müəyyən edir.
Qeyd edək ki, “SİMA KYC” məhsulunun tərkib hissəsi kimi təqdim olunan “Videozəng” həlli bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı tələbat əsasında hazırlanıb. Həll müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozəng prosesini təmin edir. Bu sistem yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdir və Azərbaycan Mərkəzi Bankının tələblərinə tam şəkildə uyğundur.
“Videozəng” həlli ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




