"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Azərbaycanın aparıcı qida sənayesi şirkətlərindən olan Novex Group dünyanın ən nüfuzlu tədbirlərindən sayılan Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Şirkətlər qrupu sərgidə AZPROMO xətti ilə təşkil olunan vahid Azərbaycan ölkə stendində təmsil olunur.
Dubayda keçirilən Gulfood sərgisi hər il dünyanın müxtəlif ölkələrindən minlərlə istehsalçı, ixracatçı, distribyutor və pərakəndə satış nümayəndələrini bir araya gətirən qlobal platformadır.
Novex Group-un bu sərgidə iştirakı qrupun istehsal, məhsul çeşidi və bazar imkanlarının beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgi çərçivəsində Novex Group-a daxil olan Qəbələ, Quba və Lənkəran konserv zavodlarının, eləcə də ATS Food un məmulatları şirkətində istehsal olunan məhsulları nümayiş etdirilir. Bu istehsal müəssisələrində Natura, Jalə, Frutiva, Bağdan, Çipsim markaları altında meyvə şirələri, çipslər, turşular, mürəbbələr və kompotlar, Çörəkçi və Bismak markaları altında isə peçenyalar, krekerlər, vaflilər, un və çörək məhsulları, makaron və digər un məmulatları istehsal olunur. Bundan əlavə, xüsusilə ixrac bazarlarının tələbləri nəzərə alınaraq Buta brendi altında təqdim edilən meyvə şirələri müasir texnologiyalar və beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə hazırlanır, Azərbaycan qida sənayesinin zəngin ənənələrini əks etdirir.
Novex Group üçün Gulfood sərgisi istehsal və məhsul təqdimatı ilə yanaşı, bazar trendlərinin izlənilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycan istehsalı məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.
Novex Group-un Gulfood beynəlxalq sərgisində iştirakı Azərbaycan qida sənayesinin imkanlarının nümayişi və “Made in Azerbaijan” məhsullarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan növbəti addımdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















