63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, ölkənin turizm gəliri 2025-ci ildə 2024-cü ilə nisbətən 6,8% artaraq 65 milyard 230 milyon 749 min dollar təşkil edib.
Marja.az xəbər verir ki, turistlərdən əldə edilən turizm gəliri 64 milyard 448 milyon 303 min dollar, transfer sərnişinlərdən əldə edilən turizm gəliri isə 782 milyon 446 min dollar təşkil edib.
Turistlərdən əldə edilən turizm gəlirinin 18%-ni ölkəyə səfər edən xaricdə yaşayan Türkiyə vətəndaşları formalaşdırıb.
Turitlərdən əldə edilən gəlirinin 46 milyard 252 milyon 178 min dollarını fərdi xərclər, 18 milyard 196 milyon 125 min dollarını isə paket tur xərcləri təşkil edib.
Turizm gəliri oktyabr, noyabr və dekabr aylarını əhatə edən IV rübdə əvvəlki ilin eyni rübü ilə müqayisədə 9,9% artaraq 15 milyard 151 milyon 842 min dollar olub.
2025-ci ildə turist sayı 2,7% artıb
Türkiyəyə səfər edən turistlərin sayı 2025-ci ildə əvvəlki ilə nisbətən 2,7% artaraq 63 milyon 917 min 57 nəfər olub. Bunların 17,5%-ni və ya 11 milyon 175 min 394 nəfərini xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.
Turistlərin gecəlik xərci orta hesabla 100 dollar təşkil edib.
Turistlərin Türkiyəyə gəlmə məqsədləri arasında birinci yerdə 67,7% ilə “gəzinti, əyləncə, idman və mədəni fəaliyyətlər” olub. Xaricdə yaşayan Türkiyə vətəndaşların isə 63,4%-i “qohum və dost ziyarəti” məqsədilə ölkəyə səfər edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















