“Bir” ekosisteminə daxil olan "Birmarket" və “Pasha Pay”ə investisiyalarımız davam edir"
“Kapital Bank”, öz xalis mənfəəti ilə, törəmə müəssisələrin maliyyə nəticələri nəzərə alınmaqla konsolidə edilmiş xalis mənfəəti arasında 51 milyon manat fərqin olması məsələsinə aydınlıq gətirib.
Qeyd edək ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında maliyyə hesabatına görə, “Kapital Bank”ın konsolidə edilmiş xalis mənfəəti təxminən 274 milyon manat, təkcə Bankın xalis mənfəəti isə təxminən 325 milyon milyon manat təşkil edib. Belə bir vəziyyət “Kapital Bank”ın törəmə şirkətlərinin (investisiya yatırdığı şirkətlərin) hələ də zərər ilə fəaliyyət göstərdiyinə işarədir.
"Kapital Bank" ASC-nin İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynov Marja.az-a bildirib ki, o, bu fərqi zərər hesab etmir. Törəmə şirkətlərdə hazırda xərclər gəlirlərdən yüksək olsa da, gələcəkdə böyük gəlirlər nəzərdə tutulur:
“Mən buna zərər deməzdim, investisiyalardır. Keçən il olduğu kimi bu il də biz “Bir” ekosisteminə daxil olan şirkətlərə investisiyalarımızı davam etdirəcəyik. Hələ də “Bir” ekosisteminə daxil olan "Birmarket" və “Pasha Pay”ə (m10 brendi) investisiyalarımız davam edir. Amma bunun qarşılığında həm Bankın, həm də “Bir” ekosisteminin dəyərinin artdığını görürük. İnvestisiyalar uzunmüddətli dövrdə bizə daha böyük gəlirlər gətirəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 31 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin






.jpg)
.jpg)






.jpg)




