970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir

Sahibkarlarla investorları birləşdirən portalda layihələrin və istifadəçilərin sayı artır.
AzVak-mobil_resmin_ustu_31
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa imkan yaradan İnvestisiya Portalında (invest.smb.gov.az) indiyədək 173 layihə yerləşdirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.

Bugünədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib.

Portaldan istifadə edən biznes sahibləri investisiya cəlb etməklə bizneslərini genişləndirə, investorlar isə bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edə, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Azərbaycanda KOB-ların investisiya imkanlarını genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək üçün ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi sadə və rahatdır. Bununla bağlı əlavə sualları yaranan sahibkarlar və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

investisiya portalı invest.smb.gov.az KOBİA biznes layihələri investor axtaran layihələr Azərbaycanda investisiya sahibkarlar üçün investisiya startap layihələri KOB layihələri hazır biznes satışı investisiya təklifi mikro biznes layihələri kiçik və orta biznes sahibkar investor platforması biznesə sərmayə investorlar üçün layihələr yerli investorlar xarici investorlar startaplara sərmayə kənd təsərrüfatı layihələri sənaye layihələri xidmət sektoru layihələri istehsal layihələri KOB-ların inkişafı biznesin genişləndirilməsi sahibkarlığa dəstək investisiya cəlbi Azərbaycanda startaplar sərmayə imkanları KOBİA 131 Çağrı Mərkəzi ödənişsiz investisiya portalı
03.06.2026 15:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19