Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu

Aynur Mirzəyeva Ziraat Bank Azərbaycan ASC-nin Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin direktoru təyin olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aynur Mirzəyeva "Ziraat Bank Azərbaycan" ASC-nin Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin direktoru təyin olunub.

Bu barədə Marja.az Banka istinadən xəbər verir.

"Bankçılıq sektorunda 17 illik peşəkar təcrübəyə malik olan Aynur Mirzəyeva yeni vəzifəsində Ziraat Bank Azərbaycanın marketinq strategiyasının formalaşdırılması, məhsul marketinqi və müştəri təcrübəsinin təkmilləşdirilməsi, korporativ kommunikasiya fəaliyyətinin idarə olunması, brend inkişafı istiqamətlərinə rəhbərlik edəcək",- Bankdan bildirilib.

Qeyd edilib ki, o, həmçinin yeni məhsul və xidmətlərin hazırlanması və inkişafı, məhsul portfelinin təkmilləşdirilməsi, məhsul strategiyalarının formalaşdırılması, məhsulların bazar ehtiyaclarına uyğunlaşdırılması, eləcə də müştəriyönümlü innovativ həllərin yaradılması və təşviqi istiqamətlərində mühüm rol oynayacaq.

Peşəkar fəaliyyəti ərzində Aynur Mirzəyeva Rabitabank, Express Bank, Bank Respublika və Kapital Bank kimi aparıcı maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Kapital Bank, BirBank komandasının Ekspert Məhsul Rəhbəri kimi fəaliyyət göstərib.

Vurğulanıb ki, karyerası boyunca məhsul inkişafı və məhsul idarəetməsi, rəqəmsal transformasiya, məhsul marketinqi üzrə strategiyalarının hazırlanması, müştəri təcrübəsinin təkmilləşdirilməsi və iri həcmli layihələrin idarə olunması sahələrində uğurlu nəticələr əldə edib. O, müxtəlif maliyyə institutlarında pərakəndə və rəqəmsal bank məhsullarının yaradılması və inkişafı, məhsul strategiyasının hazırlanması, məhsul portfelinin idarə olunması, bazar ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi və məhsulların həyat dövrünün effektiv idarə olunması istiqamətlərində mühüm layihələrə rəhbərlik edib.

Aynur xanım bakalavr və magistr dərəcələrinə malikdir, ailəlidir, iki övladı var.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

İş elanları AzVak.az-da

Aynur Mirzəyeva Ziraat Bank Azərbaycan Ziraat Bank Azərbaycan ASC Ziraat Bank təyinat bank sektorunda yeni təyinat Marketinq və Korporativ Kommunikasiyalar Departamenti Ziraat Bank marketinq direktoru Ziraat Bank korporativ kommunikasiyalar bank marketinqi korporativ kommunikasiya bankçılıq sektoru Azərbaycanda bank təyinatları Kapital Bank BirBank Rabitabank Express Bank Bank Respublika məhsul marketinqi məhsul inkişafı məhsul idarəetməsi rəqəmsal bankçılıq rəqəmsal transformasiya müştəri təcrübəsi bank məhsulları brend inkişafı Ziraat Maliyyə Qrupu Türkiyə bankı Azərbaycanda Azərbaycan Mərkəzi Bankı bank filialları pərakəndə bankçılıq korporativ bankçılıq
17.06.2026 10:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19