13 milyard manatı "yedik-içdik"
Azərbaycan əhalisi ayda 40 manat daha çox xərcləyib
2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir,milyon manatla | 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 24 800,8 | 102,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 11 364,1 | 101,5 |
içkilər və tütün məmulatları | 1 192,0 | 100,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 482,4 | 103,3 |
elektrik malları və mebellər | 1 564,4 | 102,3 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 187,7 | 102,0 |
əczaçılıq və tibbi mallar | 341,1 | 101,5 |
avtomobil yanacağı | 1 282,5 | 99,5 |
digər qeyri-ərzaq məhsulları | 4 386,6 | 103,9 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalar üzrə 1,2 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,0 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)
