Yeni nazirdən açıqlama: Enerji siyasətində yaxından iştirak etmişəm
Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib.
Energetika Nazirliyindən verilən məlumata görə, Ə.Əsədov P.Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş energetika naziri P.Şahbazov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. P.Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsində 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.
Nazir qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti beynəlxalq aləmdə yüksək rəğbət qazanıb. O, enerji siyasətinin xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malik olduğunu diqqətə çatdıraraq, ölkəmizdə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin isə sıx əməkdaşlıq münasibətləri ilə mümkünlüyünü bildirib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak ediblər.
Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 23 d. əvvəl
- 36 d. əvvəl
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb


















.jpg)
