Pambığın qozaları niyə açılmır?
Füzulidə pambıq yığımı davam edir. Hazırda rayonda hər hektardan orta hesabla 15 sentiner məhsul əldə olunur.
Lakin təsərrüfat sahələrinin bəzilərində yaranan problem bu göstəricinin iki dəfə artmasına mane olur.
Fermerlər bunu sahələrə səpdikləri dərmanın keyfiyyətsiz olması ilə əlaqələndirir.
Təsərrüfat sahibləri deyir ki, pambıq yığımının gecikməsi onun keyfiyyətinə də mənfi təsir edir.
Füzuli rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirildi ki, yaranan problemin səbəbi sahələrə səpilən dərmanlarda deyil, son günlər intensiv yağan yağışlardır. Düşən yağıntı dərmanların təsir gücünü azaldıb. Nəticədə pambıq qozalarının açılması ləngiyib. Lakin buna baxmayaraq, tarlalarda yığım işi davam edir. Fermerlər əsasən əl yığımına üstnülük verir. Bu da öz növbəsində sakinlərin mövsümü işlə təmin olunmasına şərait yaradır.
Bu il Füzuli rayonu üzrə 2050 hektar ərazidə pambıq əkilib. Hazırda isə rayon üzrə 1800 tondan çox məhsul tədarük olunub. Qozaların açılması ləngidiyi üçün yığımın dekabr ayına qədər aparılacağı bildirilir.
© ARB
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
5 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
10 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















