Əkində məhsuldarlığı 15-20% artırmağın yolu - 10 HEKTARDAN 55 MİN GƏLİR
"Bizim fermerlər bazarda uduzurlar"
Kənd təsərrüfatının mexanikləşdirilməsinin xeyri nədir? Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın satışını və ona xidməti həyata keçirən “Sminagro” şirkətinin mütəxəssisləri bu suala cavab tapmağa çalışıblar.
Şirkətin mütəxəssisləri qeyd edir ki, maksimum gəlir əldə etmək üçün bazarın əsas tələbi olan zamanlamanı nəzərdən qaçırmaq olmaz:
"Yəni istehsal olunan məhsulun satışa hazır vəziyyətə gətirilməsi nə qədər tez başa gələrsə, onun satış qiyməti bir o qədər yüksək olacaq. Qonşu ölkələrdə kənd təsərrüfatı Azərbaycana nisbətən daha çox mexanikləşdiyindən və hətta avtomatlaşdırıldığından, zamanlama amilində bizim fermerlər bazarda uduzurlar. Bizim fermer yüksək keyfiyyətlə məhsul hasil etsə də, əkin, kultivasiya və yığım prosesi mexanikləşdirilmədiyindən, məhsulu bazara idxal olunan məhsullardan gec çıxır ki, bu da maya dəyərinin yuxarı, satış qiymətinin ucuz olmasına səbəb olur. Bu vəziyyətdən yeganə çıxış yolu kənd təsərrüfatının mexanikləşdirilməsidir".
Bu sahədə dövlət bir sıra kompleks tədbirlər, o cümlədən kənd təsərrüfatının vergidən azad edilməsi, kənd təsərrüfatı təyinatlı maşın, mexanizm, gübrə və s. avadanlıqlarn gömrük rüsumundan, ƏDV-dən azad edilməsi, "Aqrolizinq" ASC vasitəsi ilə xidmətlərin və texnika, aqreqat və gübrə alışına güzəştlərin tətbiqini həyata keçirir.
"Marja" xəbər verir ki, “Sminagro”nun mütəxəssisləri sarımsaq əkininin mexanikləşdirilməsinin fermerlərin gəlirlərinə təsirini araşdırıb:
"10 ha sarımsağın əllə əkininə 25-30 gün vaxt sərf edilir. Nəticədə məhsul bütün sahə boyu müxtəlif dərəcədə inkişaf edir. 10 ha sahədə inkişaf səviyyəsi bir-birindən 1 ay fərqlənən olan bitkilər yetişir ki, bu da bitkiyə qulluğun səmərəliliyini azaldır. Müxtəlif inkişaf mərhələsində olan bitkilərin qulluğa təlabatı müxtəlif olduğundan gübrələmə, sulama və dərmanlama prosesi istənilən nəticəni vermir. Bu məhsuldarlığı 30%-ə qədər aşağı salan çox ciddi bir amildir. Məhsul nəhayət yığıma hazır olanda, əllə 10 ha sarımsağı sahədən yığmaq üçün 25-30 gün vaxt lazım olur.
Mexanizmlə əkin və yığım daha yaxşı nəticələr verir. Bu halda əkin müddəti 25-30 gün əvəzinə 4-5 gün olacaq, məhsul əkini ortalama 20 gün tez başa çatacaq.Əkinə qulluq işləri də belə halda maksimuma yaxın nəticə verəcək, çünki sahədəki məhsulun inkişaf səviyyəsi eyni olacaq. Yığım prossesində də mexanizmlərdən istifadə edilməsi yığımın 4-5 günə başa çatması deməkdir. Beləliklə, əkin prossesində 20 gün, yığım prossesində 20 gün, cəmi mexanikləşmiş istehsalı 40 gün sürətləndirir. Statistika göstərir ki, 1 ay bazara tez çıxan sarımsaq ortalama 1-2 manat baha satılır. Hətta bu rəqəmi 50 qəpik götürsək də 10 ha sahədən əldə edilən 100 000 kq (ortalama 10 t/ha) məhsulun bazara 1 ay tez çıxarılmasından yaranan qiymət fərqi 50 000 AZN təşkil edir. Mexanikləşdirmənin fermerə verdiyi əlavə gəlir təkcə bazara çıxmada zaman fərqindən yaranan gəlir deyil. Mexanikləşdirmə sarımsaq becərilməsində məhsuldarlığın 15-20% artımına səbəb olur ki, bu da 10 ha sahə üçün əlavə 52 000-55 000 AZN gəlir deməkdir".
Əlaqə məlumatları
Ünvan:
Bakı, Nobel pr.15, "Azure" Biznes mərkəzi, 11-ci mərtəbə
Telefon
+99412 488 66 27
+99450 280 80 41
+99450 265 86 65
E-mail: [email protected]




Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















