Azərbaycanda qızıl hasil edən şirkətin gəlirləri azalıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin gəlirləri ötən il 9% azalaraq 71,8 mln. ABŞ dolları təşkil edib.
Bu barədə şirkətin 2017-ci ilin yekunları ilə bağlı audit olunmuş hesabatında qeyd olunub.
Şirkətin vergiyə qədər mənfəəti isə 16% azalaraq 5,7 mln. dollar olub.
2017-ci il 31 dekabr tarixinə şirkətin xalis borcu 18,1 mln. dollar təşkil edib. 2016-cı ilin eyni tarixində isə bu rəqəm 34,6 mln. dollar olub.
Qeyd edək ki, 2017-ci ildə şirkətin Gədəbəy ərazisində hasilatı 1,2% azalaraq qızıl ekvivalentində 71 461 unsiya təşkil edib.
Ötən il şirkət 59 617 unsiya qızıl, 1 991 ton mis, 172 853 unsiya gümüş hasil edib. Qızıl hasilatı 8,8% azalıb, mis hasilatı 2,6%, gümüş hasilatı 4,7% artıb.
Hesabat ilində şirkət 43 496 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 265 dollar təşkil edib. 2016-cı ildə isə satışın həcmi 53 281 unsiya, qiyməti isə 1 253 dollar/unsiya olub.
“Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır. Bu ilin proqnozu ötən ilin hasilatından orta hesabla 13% artıqdır. Bu il 64-70 min unsiya qızıl, 2 100-2 300 ton mis hasilatı proqnozlaşdırılır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.
Ötən il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirib. Bu çərçivədə "Gədəbəy" açıq mədənində may ayından başlayaraq hasilat azaldılıb.
“Qadir” yeraltı mədənində də qazma aparılması üçün ötən ilin fevralında filiz hasilatı dayandırılıb.
“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)





