Bakcell beynəlxalq zənglərin qiymətinin dəyişməsinə aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, Azərbaycanın mobil operatoru Bakcell şirkəti, bu gün abunəçilərinə beynəlxalq zənglərin qiymətinin dəyişəcəyi barədə mesaj göndərib.
Mesajda “ Hörmətli Abunəçi, Tarif Şurasının qərarına əsasən 14 fevral 2017-ci il tarixindən beynəlxalq zənglərin qiyməti dəyişərək 0,32 AZN/dəq təşkil edəcək” deyilir. Mobil operatorun mesajı bir çox abunəçilərdə çaqınlıq yaradıb və ya yeni tarifin müəyyən olunduğu kimi başa düşülüb.
Bakcell şirkətindən mesaj ilə bağlı “Marja”nın sualına cavab olaraq onu bildirildi ki, beynəlxalq zənglərin qiyməti (0,32 AZN/dəq) Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli, 6 №-li qərarı ilə nəzərdə tutulub.
“Satış şöbəsi tərəfindən şirkətimizin daxili imkanları hesabına bəzi müəssisələrə güzəşt edilərək bu xidmətlər daha ucuz qiymətə təklif olunurdu. Lakin 14 fevral 2017-ci il tarixindən etibarən bütün fiziki və hüquq şəxslər üçün beynəlxalq zənglərin qiyməti 0,32 AZN/dəq təşkil edəcək”,- deyə mobil operatorun cavabında bildirilir.
Qeyd edək ki, Tarif Şurasının müvafiq qərarına əsasən 2014-cü ilin 1 Yanvar tarixindən istiqmətdən asılı olmayaraq beynəlxalq zənglərin 1 dəqiqəsinin qiyməti 32 qəpikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)








