Dollar aparıcı valyutalara nisbətən bahalaşır - GÜNƏ BAXIŞ
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşır, digər tərəfdən qızılın qiymətində də bahalaşma müşahidə edilir.
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Artıq 1.1560$-a ticarət edilən avronun qiyməti, 1.1534$-ı da aşağı istiqamətdə qırarsa, 1.1500 və 1.1447$-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 10:00 və cümə günü saat 16:30-da müvafiq olaraq dərc ediləcək, Almaniyanın sənaye və xarici ticarət dövriyyəsi və ABŞ-dan inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.
GBP
GBP/USD məzənnəsi də təzyiq altındadır. İngiltərə iqtisadiyyatının inkişaf səviyyəsinin zəifləməsi və Breksit fonunda risklərin artması, ölkə valyutasına mənfi təsir edir. Hal-hazırda 1.30$-ın altında ticarət edilən funtun, 1.2957$-ı da aşağı istiqamətdə qırarsa, 1.2905 və 1.2852$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Eyni zamanda, cümə günü saat 12:30-da yayımlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf, sənaye və xarici ticarət dövriyyəsi ilə bağlı vacib statistik xəbərlər də investorların diqqət mərkəzindədir.
TRY
Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi keçən həftə ərzində bahalaşmışdır. Hal-hazırda 5.10TL-nin üzərində təklif edilən USD/TRY məzənnəsi, 4.11TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.20TL-yə kimi bahalaşa bilər.
Bu həftə lirənin məzənnəsinə güclü təsir edə biləcək önəmli fundamental məlumatlar arasında Türkiyənin cari əməliyyatlar hesabı ilə bağlı göstəricilər var.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti 72$-a kimi ucuzlaşdıqdan sonra 73$ ətrafında dalğalanmaqdadır. Qiymət yenidən 72.45$-ı da aşağı istiqamətdə qırarsa, 71.17 və 69.90$-a kimi də dəyər itirə bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1215$-a (39.1 $/qram) kimi bahalaşıb və 1220$-ı (39.2 $/qram) yuxarı istiqamətdə qırarsa, 1235$-a (39.7 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Dünyada siyasi və iqtisadi risklərin də artması, qızıl qiymətlərinin bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









