“Nar” nüfuzlu sosial media mükafatına layiq görüldü
“Nar” “İlin ən yaxşı “tweet”-i” nominasiyasında “Bomba”sosial media mükafatına layiq görüldü.
Buna səbəb mobil operatorun sosial şəbəkələr üzərindən göstərdiyi aktiv fəaliyyətdir. Müştərilər “Twitter”, “Facebook” və digər sosial şəbəkələrdə “Nar”-ın maraqlı paylaşımlarını izləyə, həm də onları maraqlandıran sualları birbaşa yaza bilərlər. Belə ki, “Nar” sosial şəbəkələr üzərindən tam şəkildə müştəri xidməti göstərən ilk və hazırda yeganə mobil operatordur. İnternet istifadəçiləri harada olduqlarından asılı olmayaraq “Nar”-a yaza və üçüncü tərəfə yönləndirmə olmadan birbaşa xidmətlərdən yararlana bilərlər.
“Twitter” istifadəçilərinin “Nar”-a yazdıqları sorğular təkcə xidmətlərlə məhdudlaşmır. “Twitter” istifadəçiləri “Nar” ilə bağlı istədikləri mövzuda səhifəyə yazır və cavab ala bilirlər. Nəticədə, 2016-cı ilin göstəricilərinə əsasən, “Nar” izləyicilərinin hər 1000 nəfərə görə aktivliyi orta hesabla 544 nəfər təşkil edib. İzləyici aktivliyinə görə “Nar”-ın “Twitter” səhifəsi ölkədə ən aktiv korporativ səhifədir.
Bundan başqa, 2016-cı ildə “Nar”-a sosial şəbəkələr üzərindən müraciətlərin sayı 2015-ci illə müqayisədə 84% artmışdır. Sorğuların artmasına baxmayaraq, istifadəçilərə göstərilən xidmətin də keyfiyyəti yüksəlmişdir; “Facebook”-un göstəricilərinə əsasən, daxil olan sorğuların 98%-i bir neçə dəqiqə ərzində cavablandırılır.
“Nar” təkcə “Twitter”, “Facebook”, “YouTube” və “Instagram”-da deyil, hətta “Google+”, “Soundcloud” kimi sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərir. Sosial şəbəkələr üzərindən yüksəkkeyfiyyətli xidmət göstərmək, eləcə də izləyicilər üçün maraqlı məzmunların paylaşılması “Nar”-ın müştəri yönümlü xidmət strategiyasının tərkib hissəsidir. Bu strategiyanın məntiqi nəticəsi kimi “Nar” Azərbaycanın nüfuzlu sosial media mükafatı olan “Bomba” mükafatına layiq görüldü. “Bomba” mükafatı 2016-cı ildə “Twitter”, “Facebook”, “YouTube” və ”Instagram” səhifələrində ən yaxşı və aktiv fəaliyyət göstərən blogger, istifadəçi və şirkətlərə verilir. Mükafata bütün nominasiyalar üzrə namizədlər sosial şəbəkələr üzərindən aparılan səsvermə ilə seçilir. Daha sonra münsiflər heyəti bu namizədlər arasından qalibləri seçir. Səsvermələrə əsasən, “Nar” “İlin ən yaxşı “tweet”-i”, “İlin ən yaxşı korporativ “Instagram” səhifəsi” və “İlin ən yaxşı korporativ “Facebook” səhifəsi” nominasiyalarında təmsil olunurdu.
Artıq bir neçə ildir ki, internet istifadəçiləri “Nar”-ın kampaniyaları və yeniliklərindən xəbər tutmaq, müştəri xidmətlərinə yazmaq və ya sadəcə maraqlı paylaşımları izləmək üçün “Nar”-ın “Twitter”, “Facebook”, “YouTube”, “Instagram” və digər sosial şəbəkələrdəki səhifələrini izləyir.
Siz də “Nar”-ı aşağıdakı ünvanlardan izləyə bilərsiniz:
facebook.com/narofficial
twitter.com/salam_nar
instagram.com/salam_nar
youtube.com/c/nar_official
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



.jpg)

