Azərbaycandakı bankın səhmdarı üçün "qara cümə" - TİCARƏT DAYANDIRILDI
İtaliyada bank səhmləri kəskin satışlarla qarşılaşıb (İnvestorlar aldıqları bank səhmlərini satırlar).
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, hökumətin investorların gözlədiyindən daha böyük büdcə kəsirinə yönəlməsi və bunun nəticəsində Avropa Birliyi ilə problem çıxacağına dair narahatlıqlar İtalya şirkətlərinin səhhmlərinin ksəkin satışı ilə nəticələnib.
Bunun nəticəsi İtalyan səhmlərinin göstəricisi olan FTSE MIB İndeksi 3.7 faiz düşüb. Bu, 2016-cı ilin İyun ayından bu yana ən kəkin azalmadır. Bəzi bank səhmlərinin ticarəti alt qiymət həddinə düşməsi səbəbindən dayandırılıb.
İndeksdə ən çox ucuzlaşan səhmlər arasında 9.3% azalma ilə "BPER Banca" (dayandırılıb), 8.8% azalma ilə UBI (dayandırılıb), 8.5% azalma ilə "Banco BPM" (dayandırılıb), 6.9% azalma ilə "UniCredit" (dayandırılıb) və 6.8% azalma ilə "Intesa" (dayandırılıb) yer alıb.
FTSE İtaliya Bank İndeksi 6.7 faiz ilə 2016-cı ilin İyun ayından bu yana ən böyük azalmasına yönəlib.
Qeyd edək ki, "UniCredit" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).
Bir neçə gün öncə, beynəlxalq kredit reytinqi agentliyi "Moody's" "Yapi Kredi"nin depozit reytinqini "B1"dən "B2"yə endirmişdi. B1", "B2", "B3" səviyyələri yüksək risk olduğunu nəzərdə tutur. Əmanətçilərə xəbərdarlıq edilir ki, bu reytinqə malik olan banklara xarici valyutada əmanət yerləşdirmək yüksək dərəcədə risklidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)
