“Baku Electronics” məşhur şirkətin eksklyüziv distribyutoru oldu
(®) "Baku Electronics" Amerikanın məşhur “Whirlpool” şirkətinin rəsmi- eksklyüziv distribyutoru olub.
“Marja” xəbər verir ki, bununla əlaqədar “Baku Electronics” və Whirlpool şirkətinin rəsmi nümayəndələrinin iştirakı ilə Abşeron Marriot otelində konfrans keçirilib. Konfransda məişət avadanlıqlarının qlobal lideri olan Whirlpool-un məhsul çeşidi də təqdim edilib.
Təqdimatla paralel olaraq, Cənubi Qafqazın ən böyük elektronika mağazası olan “Baku Electronics”in Nərimanov filialında aksiya keçirilib və Whirlpool soyuducularının ilk 10 müştərisinin alıcıları üçün hədiyyə olaraq paltaryuyan maşınlar təqdim edilib.
Konfransda Whirlpool Group-un Qafqaz və Moldova ölkələri üzrə satış meneceri David Gelaşvili deyib ki, Whirlpool brendinin yeni məhsullarını Azərbaycanda təqdim etməkdən çox məmnundurlar: “Əminik ki, Azərbaycanlı istehlakçılar məhsullarımızdan razı qalacaqlar. Onları yeni aksiyalar və surprizlərlə sevindirməyi düşünürük”.
Whirlpool Group-un təlim meneceri Yuri Dolnik isə qeyd edib ki, Whirlpool şirkəti müxtəlif ölkələrdə 70-ə yaxın istehsal müəssisəsi və tədqiqat mərkəzi olan, illik dövriyyəsi 21 mld. dollara yaxın, işçi sayı 92 min nəfər olan dünyanın ən böyük məişət avadanlıqları istehsalçısıdır.
Qeyd edək ki, Whirlpool Amerika brendi dünyada məşhur markadır. Bu marka gündəlik həyatımızda istifadə olunan yüksək keyfiyyətli elektrik avadanlıqlarının istehsalı sahəsində liderdir. Hazırda ABŞ-da bu sahə üzrə dörd iri istehsalçı şirkət var ki, Whirlpool onların arasında birinci yerdədir.
“Whirlpool Group” hazırda dünyada məşhur olan Whirlpool, İndesit və başqa məşhur markaların sahibidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
48 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























