"Noyabrda Bakıda ilkin və təkrar mənzillər bahalaşıb"
2018-ci ilin noyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 4,72% bahalaşıb.
Bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspertin qiymətləndirmələrinə görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.
"Ay ərzində ilkin mənzil bazarında qiymətlər 2,94% - 1 260 manatadək (1 kv.m), 1 sot torpağın qiyməti 4,2% - 22,11 min manatadək bahalaşıb. Bir mənzilin kirayə haqqı 0,19% - 921,75 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 6,7% - 2,57 min manatadək (1 kv.m) artıb", - o bildirib.
N.İbrahimovun sözlərinə görə, noyabr ayında təkrar bazarda qiymətlər 2,5% - 1,656 min manatadək (1 kv.m), kommersiya obyektlərinin qiyməti 4,74% - 14,98 manatadək (1 kv.m) ucuzlaşıb.
Ekspert qeyd edib ki, 2018-ci ildə bazarda bütövlükdə 7-8% artım gözləmək olar.
“Yanvar-noyabr aylarında qiymətlər 2018-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 6,78% artıb. Xüsusilə, ilkin mənzil bazarında qiymətlər 1,81%, təkrar bazarda – 1,78%, kommersiya obyektləri – 0,53%, torpaq – 8,65%, bağ evləri və villalar isə - 10,45% bahalaşıb. O cümlədən, 2018-ci ildə daşınmaz əmlak bazarının 7-8% artımını proqnozlaşdırmaq olar”, - N.İbrahimov qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








