"Parlament bu dəyişikliyi etməkdən vaz keçməlidir, banklar üçün ciddi problemlər yarana bilər"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Banklar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəni artıq plenar iclasa tövsiyə edib. Dəyişiklik qəbul edilsə, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların göstərdikləri xidmətlərin qiymətinə müdaxilə etmək hüququ qazanacaq.
Belə ki, “Banklar haqqında” qanuna əlavə edilən 36.6-1-ci maddəyə əsasən, Palata bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddini müəyyənləşdirəcək. Halbuki hazırda qüvvədə olan qanunvericilik imkan verir ki, bütün bunları kredit təşkiları sərbəst olaraq müəyyənləşdirsin.
Palata rəsmisi müzakirələr zamanı bu dəyişikliyi vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından əhəmiyyətli sayaraq onun kredit faizlərinin aşağı salmasına gətirib çıxaracığını bildirib.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, ilk baxışdan bu addım cəlbedici görünə bilər, ancaq problemin həlli üçün uğurlu mexanizm deyil. Palata rəsmisinin gözləntisi də özünü doğrultmayacaq:
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, təəssüf ki, son dövlər Palatanın maliyyə bazarında tənzimləmə tədbirləri bank sektorunun inkişafına problemlər yaradır. Palatanın lüzumsuz yoxlamalarından, məhdudlaşdırıcı tədbirlərindən, pul köçürmələrində əlavə icazə tələblərindən nəinki kredit təşkilatları hətta sahibkarlar da əziyyət çəkir. Üstəgəl Palatanın banklara göstərdiyi xidmətlərin müqabilində onlardan yığdığı dövri ödənişlər və yığımlar bankların kredit xərclərini artırır. Məsələn, təkcə bankların hər il Palataya ödədikləri dövri ödənişlərin həcmi təxminən 12 milyon manatdan çoxdur. Bura digər ödənişləri də əlavə etsək bankların əlavə xərclərinin artdığını və bu xərclərin kredit faizlərində oturduğunu görərik. Palata getdikcə səlahiyyətlərini artıraraq az qala Mərkəzi Bankın səlahiyyətlərinə də girişməyə başlayıb.
İndi qayıdaq dəyişikliyə. Azərbaycanda kredit faizlərinin yüksək olması heç kimə sirr deyil və bu, dəfələrlə ekspertlər tərəfindən vurğulanıb. Kredit faizlərinin yüksək olmasının əsas səbəbi banklar tərəfindən kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Statistik təhlil göstərir ki, bankların öhdəliklərində bütün mənbələr üzrə depozitlərin payı ötən il 78%-ə çatıb. Halbuki devalvasiyadan öncə bu rəqəm 60% civarında olub. Depozitlərdən yüksək asılılıq kredit faizlərinin depozit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda spred (kredit və depozit faizləri arasındakı fərq) 5% civarındadır. Əgər milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15%-ə gəlib çatırsa, kreditlərin faiz dərəcəsi heç bir halda 20%-dən aşağı olmayacaq. Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər.
Bundan başqa digər problemlər də aradan qalxmalıdır: girov mexanizmlərinin mürəkkəbliyi, məhkəmə qərarlarının qeyri-obyektivliyi, real sektorda riskin yüksək olması və s. Bu problemləri həll etmək əvəzinə inzibati yolla xidmətləri tənzimləmək fayda verməz.
Ölkədə əgər bazar münasibətləri varsa bu halda iqtisadiyyatın pulla təminatı da bazar alətləri və institutları vasitəsilə təmin edillməlidir. Dövlətin müdaxiləsi birbaşa yox iqtisadi rıçaqlar vasitəsilə olmalıdır. Onsuz da sahibkarlıqda özəl sektorun rolu getdikcə azalır, dövlət isə prosesdə ya birbaşa, ya da qiymətləri inzibati qaydada tənzimləmək yolu ilə iştirak edir. Belə şəraitdə dövlət büdcəsinin yükü artır, vəsaitlərdən istifadənin şəffaflığı və səmərəliliyi azalır, rəqabət mühiti pozulur.
Təcrübədə banklar tərəfindən xidmət haqlarının süni şəkildə artırılması halları mövcud olub. Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də (arayışın və ya hesabdan çıxarışın verilməsi və s.) əlavə haqq tələb edilməsi müşahidə edilir. Belə hallar Qanuna dəyişiklik etmək istəyənlərin mövqeyini gücləndirir. Ancaq ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın. Kredit faizləri isə ancaq iqtisadi rıçaqlar vasitəsilə aşağı salına bilər. Kim zəmanət verə bilər ki, sabah ucuz dövlət resurslarına asan çıxışı olan banklardakı aşağı kredit faizlərini əsas götürüb bütün banklara faiz tavanı tətbiq edilməyəcək? Ona görə də parlament bu dəyişikliyi etməkdən vaz keçməlidir və imkan verməlidir ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləsin. Əks halda bu addım kredit faizlərini aşağı salmadan bank sektoru üçün ciddi problemlər yarada bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
11 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
11 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
11 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı






















